Icma.az
close
up
RU
Qəzadan sağ çıxan sərnişin: “Pilot bizi suya eniş üçün hazırladı”

Qəzadan sağ çıxan sərnişin: “Pilot bizi suya eniş üçün hazırladı”

Icma.az, Ayna portalına istinadən məlumatı açıqlayır.

“Təyyarədən ilk çıxan Zamin adlı şəxs oldu, o, bir qızı və sonra məni xilas etdi”

Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış AZAL-a məxsus Bakı-Qroznı aviareysinin sərnişinlərindən biri, Gəncə sakini Toğrul Cəfərov bu gün evinə dönüb. Onu yaşadığı evin qarşısında ailə üzvləri və yaxınları qarşılayıblar. Gəlişi münasibətilə qurban kəsilib.

AYNA xəbər verir ki, 32 yaşlı Toğrul Cəfərov qəzanı və baş verənləri APA TV-yə danışıb: "Qroznıya gedirdim, dostum dəvət etmişdi. Oradan da Moskvaya biletimiz var idi. Pilotumuza və həlak olan sərnişinlərə Allah rəhmət eləsin. Qəza zamanı hər kəs həyəcan içində idi. Pilot dəfələrlə suya eniş etməyə cəhd etdi və bizi buna hazırladı. Təyyarə yerə düşərkən çox zərbə aldıq. Son anda huşumu itirmişdim. Təyyarədən ilk çıxan Zamin adlı şəxs oldu, o, bir qızı və sonra məni xilas etdi. Daha sonra birlikdə digər yaralıları çıxardıq. Qazaxıstanın Aktau şəhərinin əhalisi çox tez köməyə gəldi, hər birimizə yardım etdilər".

Toğrulun valideynləri ölkə başçısına və Azərbaycan xalqına göstərilən dəstəyə görə minnətdarlıqlarını bildiriblər: "Oğlumuz sağ-salamat qayıtdı. Təəssüf ki, digərləri üçün qismət olmadı. Həlak olanlara Allah rəhmət eləsin, yaralılara şəfa diləyirik".

Qeyd edək ki, ötən ilin dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 67 nəfər olub, onlardan 38-i, o cümlədən üç ekipaj üzvü həlak olub, 29 nəfər isə sağ qalıb. Sağ qalan sərnişinlərə ambulator və psixoloji dəstək göstərilir.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://ayna.az
archiveBu xəbər 03 Yanvar 2025 01:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see236

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see229

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see193

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see186

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see161

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see150

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see150

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see147

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see144

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see143

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see142

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see140

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see139

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see136

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see136

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see134

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see132

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see130

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see129

Qarabağı istəyən erməni müğənninin yolka sı FOTO

01 Yanvar 2026 13:12see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri