Qəzalı vəziyyətdə olan məktəblərlə bağlı VACİB XƏBƏR
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Son 10 il ərzində ölkədə məktəb infrastrukturunun təxminən 80 faizi yenilənib və ya təkmilləşdirilib”.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin keçirdiyi brifinqdə məlumat verilib.
Bildirilib ki, ümumtəhsil müəssisələrinin müəyyən hissəsi hələ də qəzalı vəziyyətdədir və ya ciddi təmirə ehtiyac duyur. Aparılan qiymətləndirmələrə əsasən, məktəblərin təxminən 20–30 faizində infrastruktur baxımından ciddi problemlər mövcuddur.
Məlumata görə, son illərdə bir çox məktəbdə təmir işləri həyata keçirilsə də, bəzi təhsil müəssisələrində mövcud vəziyyət hələ də tam qənaətbəxş deyil. Bu səbəbdən aidiyyəti qurumlara müvafiq müraciətlər ünvanlanıb.
Qeyd olunub ki, hər il ölkə üzrə 700–800 məktəbdə əsaslı və ya cari təmir işləri aparılır, eyni zamanda yeni məktəblərin tikintisi də davam etdirilir. Agentlikdən bildirilib ki, məktəb infrastrukturunun mərhələli şəkildə yenilənməsi prioritet istiqamətlərdən biri olaraq qalır.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 28 Aprel 2026 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















