Icma.az
close
up
RU
Qəzalı vəziyyətdə olan məktəblərlə bağlı RƏSMİ CAVAB

Qəzalı vəziyyətdə olan məktəblərlə bağlı RƏSMİ CAVAB

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Bugünlərdə Salyan rayonu Yuxarı Noxudlu kənd orta məktəbinin qəzalı vəziyyəti və şagirdlərin təhlükəsizliyinin risk altında olması ilə bağlı məlumatlar yayılıb.

Hazırda həmin məktəb fəaliyyətini davam etdirimi və həmin məlumatlar nə dərəcədə doğrudur?

Məsələ ilə bağlı “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq Şirvan-Salyan Regional Təhsil İdarəsindən verilən məlumata görə, 2024-2025-ci tədris ilində FHN-nin Muğan Regional Mərkəzinin Salyan rayonu Ataxan Sadıqov adına Aşağı Noxudlu kənd tam orta ümumtəhsil məktəbinin qəzalı vəziyyətdə olması ilə bağlı rəyi nəzərə alınaraq məktəbin şagirdləri və işçilərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə tədris prosesi müvəqqəti dayandırılıb: 

“Bu səbəbdən tədris prosesi 2–3 km məsafədə yerləşən Yuxarı Noxudlu kənd tam orta ümumtəhsil məktəbində davam etdirilib, şagirdlərin müvafiq nəqliyyat vasitələri ilə daşınması təmin edilib.

2025-ci il dekabrın 26-da Yuxarı Noxudlu kənd tam orta ümumtəhsil məktəbində dərs saatları başa çatdıqdan sonra binanın bəzi sinif otaqlarında tavanın suvaq qatının yerə tökülməsi halları qeydə alınıb. 

Hadisə ilə bağlı Regional Təhsil İdarəsinin və Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin məsul əməkdaşları tərəfindən məktəb binasına baxış keçirilib və tədris prosesinin davam etdirilməsinin təhlükəli olduğu bildirilib. 

Şagirdlərin və məktəb kollektivinin təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda tədris prosesinin fasiləsizliyinin təmin edilməsi məqsədilə hər iki məktəbin şagirdlərinin Azər Əliyev adına Aşağı Kürkənd kənd tam orta ümumtəhsil məktəbində təhsil alması, onların daşınmasının isə müvafiq nəqliyyat vasitələri ilə həyata keçirilməsi nəzərdə tutulub.

Eyni zamanda 2026-cı ildə Aşağı Noxudlu kənd tam orta ümumtəhsil məktəbi üçün yeni məktəb binasının tikintisi ilə bağlı qərar qəbul edilib. Paralel olaraq Yuxarı Noxudlu kənd tam orta ümumtəhsil məktəbinin binasının əsaslı təmir olunması nəzərdə tutulub”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: Məktəb qəza

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Yanvar 2026 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see601

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see423

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see301

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see291

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see273

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see263

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see260

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see238

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see215

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see208

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see207

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see200

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see191

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see188

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see184

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see179

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see168

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see168

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri