Qəzanın təfərrüatları istintaq tamamlandıqdan sonra məlum olacaq Teymur Musayev
Adelet.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Təyyarə qəzası nəticəsində həyatını itirən şəxslərin nəşlərinin Azərbaycana gətirilməsi və dəfn olunması üçün bütün zəruri addımlar atılmaqdadır. Qazaxıstanda müvafiq hüquqi və kriminalistik araşdırmaların tamamlanmasının ardından nəşlər Azərbaycana gətiriləcək və aidiyyəti üzrə dəfn olunacaq.
Adalet.az xəbər verir ki, bu sözləri Səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında bildirib.
Nazir qəza nəticəsində həyatını itirən şəxslərin ailələrinə başsağlığı verib. O, hadisənin başvermə səbəbləri ilə bağlı ilkin araşdırmaların davam etdiyini vurğulayaraq deyib: “Hazırda bu mövzuda dəqiq açıqlama verilməsi mümkün deyil və hadisənin bütün təfərrüatları yalnız istintaq tamamlandıqdan sonra məlum olacaq. Azərbaycan dövləti Qazaxıstanla sıx əlaqədə, həmvətənlərimizin müalicəsi və dəstəklənməsi üçün bütün mümkün tədbirləri davam etdirəcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 27 Dekabr 2024 12:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















