QƏZETLƏRİN BÜDCƏDƏN MALİYYƏLƏŞDİRİLMƏSİNƏ SON QOYULDU! Oxucusu olan qazansın
Hurriyyet saytına istinadən Icma.az xəbər verir.
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ-da bir sıra nəhəng media orqanlarının dövlət tərəfindən maliyyələşdirilməsi dayandırılır. Onların arasında "Politico", "The New York Times" qəzetlərinin, "Associated Press" agentliyinin adları var. Bu barədə Hökumətin Effektliliyinin Artırılması İdarəsinin (Department of Government Efficiency, DOGE) başçısı İlon Mask sahibi olduğu X şəbəkəsində məlumat verib.
Bütün hallarda söhbət bu media orqanlarına ABŞ hökumətinin müxtəlif nazirlikləri tərəfindən bahalı abunəlikdən gedir.
Ağ Evin mətbuat katibi Kerolayn Livittin çərşənbə günü verdiyi məlumatda ABŞ hökumətinin "Politiko" ("Politico") nəşrinə abunəliyi dayandırdacağını bəyan etmişdi - bu abunəlik ildə 8 milyon dollara başa gəlirdi. Livitt qəzetin faktiki olaraq, amerikalı vergi ödəyicilərinin hesabına maliyyələşdirildiyini, DOGE komandasının artıq qəzetə vəsait ödənilməsini ləğv etmək üzərində işə başladığını qeyd edib. Digər media orqanlarına da dövlət maliyyəsi dayandırılması başlanıb.
Hürr Tərcüman
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 06 Fevral 2025 12:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















