Icma.az
close
up
RU
Fələstin və Qəzza məsələsi AZƏRBAYCANIN MÖVQEYİ

Fələstin və Qəzza məsələsi AZƏRBAYCANIN MÖVQEYİ

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Əkbər QOŞALI

Azərbaycan Respublikasının Fələstin–Qəzza məsələsinə münasibəti emosional dalğalanmalara əsaslanmır - bunu ilk cümlədə demiş olaq; bizim baxışımız beynəlxalq hüquq, zəruri tarazlı diplomatiya və regional məsuliyyət prinsipinə əsaslanır. Bu prinsipial mövqe uzun illərdir dəyişməzdir və konkret siyasi davranışlarla təsdiqlənib. Sözümüz sözdür – “Sözümüz imzamız qədər keçərlidir”!

Prinsipial xətt nədən ibarətdir? – Əlbəttə, müstəqil Fələstin dövlətinin qurulmasını ən adil yol bilərək, ona mümkün dəstək vermək!
Azərbaycan tarixən və ardıcıl şəkildə müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəkləməsi təsadüf sayıla bilməz – bu mövqe özəlliklə BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı platformlarında açıq şəkildə ifadə olunub.
Fələstin Dövlətinin səfirliyi Azərbaycanın maliyyə dəstəyi ilə (!) Bakıda fəaliyyət göstərir. – Məgər bu bir simvolik aktdırmı? – Əsla! – Bu, gerçək siyasi jestdir. Yəni belə faktlar Azərbaycanın mövqeyinin deklarativ olmadığını, institusional və praktik xarakter daşıdığını göstərir.

Yaxud Şarm-Əl-Şeyx Sammitini yada salaq.
Azərbaycan Şarm-Əl-Şeyxdə keçirilmiş Yaxın Şərq Sülh Sammitində iştirak etməklə regional sülh təşəbbüslərinə açıq olduğunu nümayiş etdirib. Bu iştirak tərəflər arasında dialoqun təşviqi, münaqişənin genişlənməsinin qarşısının alınması, humanitar fəlakətin dərinləşməməsi kimi ülvi məqsədlərə xidmət edirdi.
Azərbaycan bu platformda da məsuliyyətli regional aktor mövqeyindən çıxış edib.

Rəsmi Bakının haqlı mövqeyinə görə, Fələstin məsələsinin ədalətli həlli ilk növbədə ərəb dövlətlərinin siyasi iradəsindən asılıdır. “Dərindən inanıram ki, qeyri-ərəb müsəlman ölkələr parovozun önündə qaçmamalıdır. Bu, heç bir yaxşı nəticə verməz” – Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli TV-lərə müsahibə verərkən, müvafiq sualın cavabında eynən belə dedi. Bəli,, özəlliklə, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Misir, İordaniya kimi ölkələrin mövqeyi həlledici önəm daşıyırkən, məsələn, Tehranın fars-molla rejimi ərəbdən artıq ərəb ola bilərmi? – Hələ-hələ öz xalqının ehtiyaclarını gərəyincə qarşılamazkən…

Azərbaycan bu gerçəkliyi nəzərə alaraq, regionun daxili konsensusunu dəstəkləyən xətt tutur. – Bu, ləyaqətli xətdir; bu, fələstinlilərin taleyi ilə oynayanlara, öz çıxarlarını (ya zəlzələ ya vəlvələdən) günahsız qanlar üzərindən təmin etməyə çalışanlara müdrik cavab-çağırışdır.

Azərbaycan hazırkı mərhələdə Qəzzada hərbi və ya sülhməramlı missiyada iştirak etməyi planlaşdırmır. Anlayışla qarşılanmağı haqq edən bu qərar münaqişənin mürəkkəb və çoxqatlı xarakteri, risklərin regional eskalasiyaya açıq olması, hərbi iştirakın siyasi nəticələrinin qeyri-müəyyənliyi ilə sıx bağlıdır.
Bununla yanaşı, Azərbaycan humanitar yardım, tibbi və texniki avadanlıq, mülki əhali üçün dəstək mexanizmləri vasitəsilə prosesə töhfə vermək imkanlarını açıq saxlayır. Doğru-dürüst olan yanaşma da məhz bu deyilmi?

Ayrıca, tarixi və siyasi yaddaşı – problemli məqamları da səmimi şəkildə vurğulamalıyıq.
Fələstin hərəkatının müəyyən mərhələlərdə erməni terror təşkilatlarına dəstək verməsi, Fələstinin simvol ismi Yasir Ərafatın (04.08.1929 – 11.11.2004) Ermənistan rəhbərliyi ilə açıq yaxınlıq nümayiş etdirməsi, Fələstin xarici siyasətində erməni mənşəli fiqurların yer alması, qondarma “erməni soyqırımı” ilə bağlı marka buraxılması bizim toplumda haqlı suallar doğurub.
Buna baxmayaraq, Azərbaycan tarixi inciklikləri siyasətin önünə çıxarmadan, prinsipial və soyuqqanlı xəttini qoruyur.
Göründüyü kimi, Azərbaycanın Fələstin–Qəzza məsələsində mövqeyi hüquqa söykənən, regional balansı nəzərə alan, emosiyadan uzaq, ədalətli bir mövqedir.

Bu yanaşma Azərbaycanın öz milli çıxarlarını qorumaqla yanaşı, yüksək beynəlxalq məsuliyyət hissini də göstərir.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:208
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 09 Yanvar 2026 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see456

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see364

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see294

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see287

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see280

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see257

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see241

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see241

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see235

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see228

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see227

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see220

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see217

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see214

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see206

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see205

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see193

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see184

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see184

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri