Icma.az
close
up
RU
Qəzza İdarəetmə Komitəsinin rəhbəri o oldu

Qəzza İdarəetmə Komitəsinin rəhbəri o oldu

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ağ Ev Qəzzada atəşkəs prosesinin ikinci mərhələsinin əsas elementi kimi yaradılan “Sülh Komitəsi”nin üzvlərini, eləcə də, keçid dövrünü idarə edəcək Qəzza Milli İdarəetmə Komitəsinin rəhbərini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, Ağ Evin bəyanatında ABŞ Prezidenti Donald Trampın Qəzza üçün təqdim etdiyi 20 maddəlik sülh planına istinad olunaraq, prosesin ikinci mərhələsinin rəsmi şəkildə başladığı vurğulanıb.

Bəyanata əsasən, ikinci mərhələnin əsas dayaqlarından biri olan Qəzza Milli İdarəetmə Komitəsinə Fələstin Muxtariyyətinin planlaşdırma üzrə keçmiş nazir müavini Dr. Əli Şaat sədrlik edəcək.

Ağ Ev Dr. Şaatın dövlət xidmətlərinin bərpası, vətəndaş institutlarının yenidən qurulması və Qəzzada gündəlik həyatın sabitləşdirilməsi istiqamətində fəaliyyət göstərəcəyini, eyni zamanda, uzunmüddətli idarəetmə mexanizmlərinin formalaşdırılmasına rəhbərlik edəcəyini bildirib.

Prezident Trampın sədrlik etdiyi və “Təsisçi İcra Şurası” kimi təqdim olunan Sülh Şurasının üzvləri də elan edilib. Şuraya ABŞ Dövlət Katibi Marko Rubio, Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff, Trampın kürəkəni və keçmiş baş müşaviri Cared Kuşner, Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyer, eləcə də, Mark Rouan, Ajay Banqa və Robert Qabriel daxildir.

Ağ Evin məlumatına görə, Qəzzada idarəetmə və xidmət sahələrində bütün fəaliyyətləri koordinasiya etmək məqsədilə “Qəzza İcra Komitəsi” yaradılıb. Komitənin üzvləri sırasında xarici işlər naziri Hakan Fidan, Stiv Uitkoff, Cared Kuşner, Toni Bleyer, BƏƏ-nin beynəlxalq əməkdaşlıq naziri Rim Əl-Haşimi, Qətərli diplomat Əli Əl-Təvadi, Misir kəşfiyyatının rəhbəri Həsən Rəşad, Mark Rouan, Nikolay Mladenov, Yakir Qabay və Siqrid Kaaq yer alır.

BMT-nin Yaxın Şərq üzrə keçmiş xüsusi elçisi Nikolay Mladenov Qəzza üzrə Ali Nümayəndə vəzifəsini icra edəcək. O, Sülh Komitəsi ilə Qəzza Milli İdarəetmə Komitəsi arasında yerində koordinasiyanı təmin edəcək, mülki və təhlükəsizlik strukturları arasında əlaqələndirmə aparacaq və Qəzzanın idarə olunması, yenidən qurulması və inkişafı proseslərində Sülh Komitəsinə dəstək göstərəcək.

Ağ Evin açıqlamasına əsasən, general-mayor Kasper Ceffers isə Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin komandanı təyin olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:256
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 17 Yanvar 2026 06:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see353

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see340

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see327

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see320

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see313

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see302

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see294

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see289

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see260

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see245

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see240

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see228

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see224

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see208

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see199

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see197

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see192

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri