Icma.az
close
up
RU
Nazirliyin üç qurumu Beynəlxalq Sosial Təminat Assosiasiyası Avropa Şəbəkəsinin İdarəetmə Komitəsinin üzvləri seçiliblər

Nazirliyin üç qurumu Beynəlxalq Sosial Təminat Assosiasiyası Avropa Şəbəkəsinin İdarəetmə Komitəsinin üzvləri seçiliblər

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Dünya Sosial Təminat Forumunda iştirak edib.

İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, heyət nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev, DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov, Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari, həmçinin bu qurumların əməkdaşlarından ibarət olub.

Malayziyanın Kuala Lumpur şəhərində keçirilən Forum “Keçid dövründə sosial təminatın formalaşdırılması” mövzusuna həsr olunub. 150-dən çox ölkədən sosial təminat qurumlarının rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri, ekspertlərin qatıldığı tədbirdə sosial müdafiə sistemlərinin dayanıqlılığı, rəqəmsal transformasiya, süni intellektin tətbiqi, sosial xidmətlərin inklüzivliyi və s. məsələlər müzakirə edilib.

Forumda səsvermənin nəticələri əsasında DSMF yenidən, DOST Agentliyi və Sosial Xidmətlər Agentliyi isə ilk dəfə olaraq BSTA-nın Avropa Şəbəkəsinin İdarəetmə Komitəsinin (2026–2028-ci illər üzrə) üzvləri seçiliblər. Tədbirdə əməkdaşlıq sənədi - DSMF rəhbərinin sədri olduğu Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası ilə BSTA arasında əməkdaşlığa dair Anlaşma Memorandumu da imzalanıb.

Forum çərçivəsində keçirilən interaktiv sessiyalarda Fərid Məmmədov panelçi və çıxışçı, Zəka Mirzəyev panelçi, Elnarə Ənsari çıxışçı qismində iştirak edib, həmçinin iştirakçıların suallarını cavablandırıblar. Ölkəmizdə son illər aparılan sosial islahatların uğurları barədə məlumat verilib, habelə DSMF-nin “Yaxşı idarəçilik meyarı üzrə BSTA Təlimatları”na dair təqdimatı nümayiş etdirilib.

Dünya Sosial Təminat Forumu nazirliyin qurumlarının mükafatlarla təltif edilməsi ilə də yadda qalıb: DOST Agentliyi “BSTA təlimatlarının uğurlu tətbiqinə görə Xidmət Keyfiyyəti Sertifikatı 2025-2028" mükafatına layiq görülüb.

Habelə Agentliyin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təcrübəsi əsasında hazırladığı “Dulusçu” filmi BSTA-nın VideoFest müsabiqəsində yüksək qiymət alaraq Fəxri Diplomla təltif edilib. DSMF isə sosial təminatın təşviqində töhfələrinə görə Fəxri Diploma layiq görülüb.

Forum çərçivəsində BSTA-nın prezidenti Məhəmməd Azman, Təşkilatın digər rəhbər şəxsləri, habelə bir sıra ölkələrin sosial müdafiə qurumlarının rəhbər şəxsləri ilə ikitərəfli görüşlər də keçirilib, gələcək əməkdaşlığa dair fikir mübadilələri aparılıb.

Mustafa Kamal
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Oktyabr 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see720

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see164

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see149

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see134

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri