Icma.az
close
up
RU
Qəzza ilə bağlı bu ölkələr gizli danışıqlar aparır

Qəzza ilə bağlı bu ölkələr gizli danışıqlar aparır

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ, İsrail və Qətərin yüksək səviyyəli rəsmiləri Qəzzada çoxdan gözlənilən atəşkəs və girovların dəyişdirilməsi ilə bağlı Ağ Evdə bağlı qapılar arxasında danışıqlar aparıblar.  

"Unikal" xəbər verir ki, bu  barədə "Axios" nəşri mənbələrə istinadən məlumat yayıb.  

Qeyd olunur ki,  ABŞ prezidenti Donald Tramp son 48 saat ərzində İsrailin baş naziri Benyamin Netanyahu ilə iki dəfə görüşüb. Ağ Evin xüsusi nümayəndəsi Stiv Vitkoffun sözlərinə görə, tərəflər dörd əsas mübahisəli məsələdən üçünü həll edə biliblər.

Tramp və Netanyahu arasındakı görüşdən əvvəl Vitkoff yüksək səviyyəli Qətər rəsmisi və Netanyahunun baş müşaviri Ron Dermer ilə ayrı-ayrılıqda danışıqlar aparıb.

Mənbələrin sözlərinə görə,  IDF-nin Qəzzada geri çəkilməsi müzakirə olunub. Doha və Vaşinqton İsrailə açıq şəkildə bildiriblər ki, IDF-nin minimal şəkildə çıxarılması ilə bağlı ilkin təklifi HƏMAS-ı qane etməyəcək və bütün prosesi poza bilər.

Dermer, Netanyahunun hakim koalisiya daxilində təzyiqlərlə üzləşdiyinə və təkbaşına belə qərarlar verə bilməyəcəyinə diqqət çəkib. Ancaq görüşdən sonra İsrail daha geniş işğaldan azad zonanı ehtiva edən yeni çəkilmə xəritəsini təqdim edib. 

"Axios" bunun bir irəliləyiş olduğunu yazıb.  Razılaşmaya 60 günlük atəşkəs müqabilində diri saxlanılan 10 girovun azad edilməsi və 18 ölünün qalıqlarının təhvil verilməsi daxildir.

HƏMAS da öz növbəsində İsrail qoşunlarının Qəzzadan tamamilə çıxarılmasında və daimi atəşkəsə keçidin təmin edilməsində israr edərək, razılaşma üzərində işləməyə davam etdiyini bildirib.

Gülayə Mecid 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://unikal.az
archiveBu xəbər 10 İyul 2025 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see537

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see484

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see285

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see261

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see242

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see238

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see232

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see228

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see203

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see182

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see172

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri