Icma.az
close
up
RU
“Qəzza ilə bağlı ərəb planı tezliklə Trampa təqdim ediləcək“ CNN

“Qəzza ilə bağlı ərəb planı tezliklə Trampa təqdim ediləcək“ CNN

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"HƏMAS Qəzzaya nəzarəti təhvil verməyə hazırdır, amma şərti var..."

Ərəb ölkələrinin xarici işlər nazirləri yaxın həftələrdə Vaşinqtona səfər edərək ABŞ prezidenti Donald Trampa Qəzza bölgədinin bərpasına dair əsaslandırılmış təklif təqdim edəcək.

Moderator.az xəbər verir ki, bu barədə CNN-ə İordaniyadakı rəsmi mənbələr məlumat verib. Məlumatı "israelinfo.co"

nəşri yayıb.

Martın 4-də, gələn çərşənbə axşamı, Qahirədə Ərəb Dövlətləri Liqasının təcili sammiti keçiriləcək. Gözlənilir ki, iştirakçılar Qəzza üçün "yol xəritəsini" təsdiq edəcək. Bundan sonra aparıcı ərəb diplomatları Vaşinqtona yollanaraq bu təklifi Ağ Ev administrasiyasına təqdim edəcək.

CNN-in mənbələrinin məlumatına görə, təklif yalnız dağıdılmış ərazilərin bərpasını deyil, həm də Qəzzanın müharibədən sonrakı idarəçiliyini, Fələstin administrasiyasının islah olunmasını və sektorda sülhməramlı qüvvələrin yerləşdirilməsini nəzərdə tutur. Ancaq bu qüvvələrin kimlərdən ibarət olacağı hələ dəqiq bilinmir.

Ötən həftə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ərəb ölkələrinin qeyri-rəsmi görüşü keçirilib. Mənbələrin sözlərinə görə, orada Qəzza məsələsi ilə bağlı vahid mövqe formalaşdırılıb. Qahirə sammitində ərəb rəsmiləri bu planın etibarlı olduğuna əmin olmaq istəyir, sonra isə onu Trampa təqdim edəcək.

Daha öncə ABŞ prezidenti Tramp Qəzza sakinlərinin bölgədən köçürülməsini və onun "Yaxın Şərqin Rivyerasına" çevrilməsini təklif edib. Bu plan Yaxın Şərqdə qəzəblə qarşılanlb. Alternativ variantın hazırlanmasında isə əsasən Misir və İordaniya iştirak edir. Trampın Qəzza sakinlərini köçürmək istədiyi bu iki ölkə hər hansı məcburi köçürməni qəbul etmir və bunu milli təhlükəsizlik məsələsi hesab edir.

"HƏMAS Qəzzaya nəzarəti təhvil verməyə hazırdır, amma şərti var..."

HƏMAS Qəzza bölgəsində siyasi və inzibati hakimiyyəti Fələstin milli birlik hökumətinə təhvil verməyə hazırdır. Bu barədə HƏMAS-ın rəsmi nümayəndəsi Basem Naim NBC nəşrinə bildirib.

Onun sözlərinə görə, HƏMAS müstəqil Fələstin dövləti yaradılana qədər silahı yerə qoymayacaq. Əgər belə bir dövlət qurulsa, HƏMAS "siyasi partiyaya çevrilməyə və döyüşçülərini Fələstin milli ordusuna inteqrasiya etməyə hazırdır".

Həmçinin HƏMAS nümayəndəsi İsrailin atəşkəs danışıqlarını uzadaraq müharibəni bərpa etmək üçün bəhanə yaratmağa çalışdığını deyib. "Biz hesab edirik ki, bu, vəziyyəti qəsdən gərginləşdirmək və İsrail ordusunun Qəzzadan çıxmasını ləğv etmək üçün edilir", - o, bildirib. Naim vurğulayıb ki, HƏMAS atəşkəs razılaşmasına sadiq qalır, amma eyni zamanda yeni döyüşlərə hazırdır.

"Əgər onlar eskalasiyaya gedib müharibəyə qayıtmaq qərarı versələr, biz bütün variantlara hazırıq. Özümüzü qorumaqdan başqa çarəmiz yoxdur, necə ki, bunu 15 ay boyunca etmişik", - o, bildirib.

Qeyd edək ki, daha öncə İsrail xarici işlər naziri Gideon Saar bəyan edib ki, İsrail HƏMAS-ın hakimiyyəti Fələstin Administrasiyasına ötürdüyü planı dəstəkləməyəcək və Qəzzadakı terrorçu qruplaşmaların silahını qoruyub saxladığı heç bir ssenarini qəbul etməyəcək.

"'Qəzza bölgəsində vəziyyəyin üç mümkün inkişaf ssenarisi..."

Fevralın 28-də, cümə günü Livanın "Əl-Əhbar" qəzeti Qəzzadakı vəziyyəti təhlil edərək üç mümkün inkişaf ssenarisini təqdim edib. Nəşr qeyd edir ki, ABŞ və İsrail HƏMAS-a qarşı kütləvi təzyiq strategiyası üzərində razılığa gəlib ki, onu güzəştlərə məcbur etsin.

"Əl-Əhbar"ın təqdim etdiyi üç ssenari bunlardır:

- İsrail ordusunun hərbi əməliyyatları bərpa etməsi- bu dəfə daha sərt və dağıdıcı olacaq, lakin Ağ Evin dəstəyi ilə həyata keçiriləcək.

- Siyasi həll yolu- bu, HƏMAS-ın buraxılması, onun liderlərinin deportasiyası və Qəzza bölgəsinin demilitarizasiyasını nəzərdə tutur.

- Mövcud vəziyyətin saxlanılması və müqavilənin ilk mərhələsinin Ramazan ayının sonuna qədər uzadılması.

"Əl-Əhbar" hesab edir ki, üçüncü ssenari hazırda bütün tərəflər üçün daha məqbuldur. Çünki ilk iki variant HƏMAS üçün qəbuledilməzdir, İsrail isə maksimum sayda girovu azad etməyə çalışır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://moderator.az
archiveBu xəbər 28 Fevral 2025 21:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see413

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see300

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see296

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see289

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see281

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see271

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see270

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see258

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see253

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see237

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see230

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see223

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see204

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see194

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see193

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see180

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see168

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri