Icma.az
close
up
RU
İsrailin Qəzza ərazisinin istismar planı Trampa təqdim olunub

İsrailin Qəzza ərazisinin istismar planı Trampa təqdim olunub

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

İfrat sağçı Sionizm partiyasının lideri, İsrailin maliyyə naziri Bezalel Smotriç Qəzza zolağının qızıl mədəninə çevrilə biləcəyini qeyd edib.

Globalinfo.az “Teleqraf”a istinadla xəbər verir ki, o, İsrailin hərbi əməliyyatları zamanı dağılmış Qəzzada torpaqların istifadəsi üzrə ABŞ nümayəndələri ilə danışıqlar apardığını deyib.

Nazirin sözlərinə görə, bu, tamamlanmış biznes plandır, sənaye mütəxəssisləri tərəfindən hazırlanıb və nəzərdən keçirilməsi üçün ABŞ prezidenti Donald Trampa təqdim olunub: “Biz Qəzzada qızıl mədəni layihəsini sınaqdan keçiririk”.

Smotriç bildirib ki, o, artıq bu planı amerikalı tərəfdaşları ilə müzakirə edir: “Mən amerikalılarla danışıqlara başladım və ciddi deyirəm, çünki biz bu müharibə üçün çox pul ödəmişik. Biz torpaq paylarını necə bölüşdürəcəyimizə qərar verməliyik. Biz artıq söküntü mərhələsini – şəhərin yenidən qurulmasının birinci mərhələsini başa vurmuşuq. İndi tikinti aparmaq lazımdır”, – o deyib.

Fevral ayında Tramp anklavı “Yaxın Şərq Rivierası”na çevirmək məqsədi ilə Qəzza zolağına uzunmüddətli nəzarəti nəzərdən keçirdiyini açıqlamışdı. Tramp ora Amerika qoşunlarını göndərməyə hazır olduğunu açıqlayıb və fələstinlilərin Qəzzadan Misir və İordaniyaya köçürülməsi təşəbbüsü ilə çıxış edib. NBC telekanalı ABŞ administrasiyasının Qəzzadan Liviyaya 1 milyon fələstinlinin köçürülməsi planı hazırladığını bildirib.

Avqustun 31-də “The Washington Post” ABŞ administrasiyasındakı mənbələrə istinadən yazıb ki, Trampın Qəzzanın bərpası planı Fələstin anklavını ən azı 10 il müddətinə Amerikanın protektoratı altında saxlamağı nəzərdə tutur.

Ərəb ölkələri Qəzza sakinlərinin köçürülməsinin yolverilməz olduğunu bəyan ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Sentyabr 2025 22:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri