Icma.az
close
up
RU
Qəzza İsrail Fələstin müstəvisindən çıxır, yəhudi xristian qarşıdurması xarakteri alır

Qəzza İsrail Fələstin müstəvisindən çıxır, yəhudi xristian qarşıdurması xarakteri alır

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Anqlosaks ölkələri – Böyük Britaniya, Kanada və Avstraliyanın Fələstini rəsmi şəkildə müstəqil dövlət kimi tanıması, İsrail–Fələstin münaqişəsini yeni müstəviyə çıxararaq qlobal xarakter almasına səbəb olub.

Yeni mərhələni yalnız İsrail–İslam dünyası qarşıdurması kimi deyil, həm də yəhudi–xristian qarşıdurması kimi xarakterizə etmək daha doğru olar. 7 oktyabr 2023-cü il hadisələrindən sonra İsrailin ərazilərini genişləndirmək məqsədilə Qəzza zolağına başlatdığı genişmiqyaslı hərbi əməliyyatlar nəticəsində bölgədə İslam ölkələrinə bağlı proksi güclərin – xüsusilə HƏMAS, Hizbullah və digər qruplaşmaların – zəifləməsindən sonra yəhudi–xristian qarşıdurması açıq şəkildə üzə çıxmağa başladı. Çünki xristian dünyası da Yaxın Şərqdə fəaliyyət göstərən proksi qüvvələrlə ikili oyun aparmaqla bölgədəki, xüsusən də Qüds məsələsindəki maraqlarını təmin etməyə çalışırdı.

Artıq İsrailə qarşı ciddi müqavimət göstərə biləcək proksi güclərin zəiflədiyi şəraitdə xristian dünyası – əsasən də Qərb dövlətləri – Yaxın Şərq və Qüds uğrunda açıq mübarizəyə, hərbi qarşıdurma formasında olmasa da, diplomatik təzyiq metodları ilə girməyə məcbur qalıblar.

Tarixi köklər

Yəhudi–xristian qarşıdurmasının kökü çox dərindir. Bu gərginliyin səbəbləri təkcə dini inanclardakı fərqlərlə məhdudlaşmır. Tarixi olaraq yəhudilər uzun müddət xristianlar tərəfindən təqib edilib. Əsas səbəblərdən biri kilsənin İsa peyğəmbərin çarmıxa çəkilməsinə görə yəhudiləri kollektiv məsuliyyət daşıyan xalq kimi təqdim etməsi və onları əbədi düşmən hesab etməsidir. Bu isə antisemitizmin xüsusən xristian ölkələrində daha güclü yayılmasına gətirib çıxarıb.

Münaqişənin dini ölçüsü

Bu baxımdan İsrail–Fələstin münaqişəsinə yalnız iki xalq arasındakı qarşıdurma və ya Yaxın Şərq uğrunda geosiyasi savaş kimi baxmaq yanlış olar. Ona eyni zamanda səmavi dinlər – yəhudilik, xristianlıq və islam – arasında gedən mübarizə prizmasından yanaşmaq lazımdır. Qüds hər üç dinin simvolik mərkəzi hesab olunur. İslamın ilk qibləsi də məhz Qüdsdə yerləşən Məscidül-Əqsa, Beytül-Müqəddəs olub, sonradan Məkkəyə dəyişdirilib. Əsrlər boyunca Qüds uğrunda amansız savaşların aparılması da bununla bağlıdır.

Yeni dünya düzəninin formalaşması istiqamətində mübarizənin əsas mərkəzlərindən biri məhz Qüds və ümumən Yaxın Şərqdir. Bu coğrafiyada təsir imkanlarını qoruyub saxlamaq böyük güclərin əsas prioritetlərindən sayılır.

Hazırkı mərhələdə İslam dünyasının Qüds uğrunda müqaviməti zəiflədiyindən xristian dünyası ön plana çıxıb. Onlar İsraillə açıq hərbi toqquşmaya girməsələr də, diplomatik təzyiq vasitələrindən fəal istifadə edirlər. Qərbin İsrailə yönəlik təhdidlərinin kökündə də bu dayanır. Xristian dünyası İsrail–Fələstin münaqişəsinin “iki dövlət” prinsipi əsasında həllini istəyir. Bu prinsiplə Qüds iki yerə bölünür: Qərbi Qüds İsrailin, Şərqi Qüds isə Fələstinin paytaxtı olmalıdır. Bununla həm xristian, həm də islam dünyası İsrailin Qüdsə və bütövlükdə bölgəyə tam nəzarət etməsinin qarşısını almağa çalışır.

Vatikanın mövqeyi

Prosesdə xristian aləminin mərkəzi sayılan Vatikan da aktiv rol oynayır. 2023-cü ilin oktyabr hadisələrindən sonra Vatikan İsrailin Qəzzaya yönəlik hərbi əməliyyatlarını qınayıb. Son olaraq Papa XIV Leo Qəzza zolağında fələstinlilərin üzləşdiyi şəraiti pisləyərək mülki əhali ilə həmrəy olduğunu bildirib:

“Qəzza zolağında qorxu içində yaşamağa davam edən və qəbuledilməz şəraitdə sağ qalan fələstinlilərlə, həmçinin torpaqlarını tərk etməyə məcbur edilən insanlarla dərin həmrəyliyimi bildirirəm. Bu gün bütün xalqlar zorakılıq və daha da pisi - həyasız biganəliklə əzilir və onlar səfalət taleyinə tərk edilir”.

Müqəddəs Pyotr Meydanına toplaşan insanlara müraciət edən pontifik Qəzzanı “şəhid torpaq” da adlandırıb.

Papa eyni zamanda İsrail ordusunun qurudan hücumundan sonra tərəfləri yenidən atəşkəsə çağırıb.

Xristian aləminin parçalanmış mövqeyi

Baxmayaraq ki, xristian dünyası bütövlükdə İsrailin apardığı siyasətə qarşı çıxır, onların öz daxilində də mövzuya yanaşmada ciddi fikir ayrılıqları mövcuddur. Katoliklər, protestantlar, pravoslavlar, lüteranlar və yevangelistlər arasında vahid mövqenin olmaması təzyiqlərin effektivliyini azaldır.

İsrail isə bunu yaxşı anlayır və xristian dünyasının parçalanmış mövqeyindən, həmçinin İslam dünyasının zəif müqavimətindən ustalıqla istifadə edərək “Böyük İsrail” ideyasını reallaşdırmağa çalışır.

Bütün bu reallıqlar göstərir ki, İsrail–Fələstin münaqişəsi hələ uzun müddət davam edəcək və qarşıdurma yalnız regionun deyil, qlobal güclərin də maraqlarının toqquşduğu bir meydan olaraq qalacaq.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://olke.az
archiveBu xəbər 22 Sentyabr 2025 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri