Icma.az
close
up
RU
Qəzza sammiti: Bu məsələ Azərbaycan üçün qlobal səviyyədə çox böyük uğurdur

Qəzza sammiti: Bu məsələ Azərbaycan üçün qlobal səviyyədə çox böyük uğurdur

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"HƏMAS və İsrail arasında baş verən müharibənin qarşısını almaq üçün dəfələrlə cəhdlər edilib. Çox təəssüf ki, bu cəhdlər nəticəsiz bitib. Lakin ABŞ prezidenti Donald Trampın təşəbbüslərinə böyük ümid bəslənilir".

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib.

Onun sözlərinə görə, bu, həm İsrail, həm də HƏMAS üçün son çağırış, son ümiddir:

"Misirə 20-dən artıq dövlət başçısı toplaşıb. Nəticə göz qabağındadır. Trampın bu planının uğur qazanması real görünür”.

Birinci mərhələnin artıq həyata keçdiyini deyən müsahibimiz HƏMAS-ın girovları qaytardığını vurğulayıb. Dediyinə görə, amma bundan sonra növbəti mərhələsi, yaxud mərhələləri var:

“Misirdəki 20 dövlət Qəzzanın yenidən qurulmasında yaxından iştirak edəcəklər. Azərbaycan dövlətinin bu məsələdə iştirakı həm ABŞ, həm Türkiyə, həm də Misir tərəfindən məqbul sayılıb. Azərbaycan bu prosesdə sülhməramlı qüvvələr formasında iştirak edə bilər. Eyni zamanda Qəzzanın gələcəyində, yenidən qurulmasında humanitar dəstəyini göstərər. Maddi yardımlar edə, texniki məsələlərin həllinə töhfə verə bilər".

Əlimusa İbrahimov: Azərbaycan Qəzzanın gələcəyində, yenidən qurulmasında humanitar dəstəyini göstərər

Analitik qeyd edib ki, bu məsələ Azərbaycan üçün qlobal səviyyədə çox böyük uğurdur. Ə.İbrahimov qeyd edib ki, bu, beynəlxalq səviyyədə ölkəmizin əldə etdiyi ən böyük nəticələrdən biridir:

“Təsəvvür edin, BMT-də 190-dan çox ölkə var ki, onlardan cəmi 20-si, o cümlədən Azərbaycan məhz Qəzzanın taleyinin həll olunmasında iştirak edəcək. Bu, qürurverici, sevindirici hadisədir. Azərbaycan rəhbərinin apardığı uğurlu diplomatiyanın real nəticəsidir”.

“Azərbaycan Qəzza üçün nəzərdə tutulan bütün tədbirlərin iştirakçısı ola bilər. Bizim bu potensialımız mövcuddur. Dövlət başçımızın Misirə dəvət olunmasının səbəblərindən biri də budur", - deyə Əlimusa İbrahimov əlavə edib.

Aydın Baxış

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 13 Oktyabr 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see377

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see318

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see300

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see275

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see267

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see259

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see247

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see240

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see235

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see223

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see212

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see198

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see198

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see193

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see192

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see190

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see187

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see179

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see176

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri