Icma.az
close
up
RU
Qəzza xarabalıqlarında 5 övladının cəsədini axtaran ata: Tək istəyim onlar üçün bir məzardır

Qəzza xarabalıqlarında 5 övladının cəsədini axtaran ata: Tək istəyim onlar üçün bir məzardır

Icma.az, Sitat.info portalına istinadən məlumat yayır.

Qəzzada silahlar susmuş ola bilər, amma Mahmud Əbu Dalfa üçün əzab bitməyib. O, müharibənin ilk aylarından evinin dağıntıları altında qalan həyat yoldaşı və beş uşağının cəsədlərini çarəsizcə axtarır.

Sitat.info xəbər verir ki, Reuters onun haqqında reportaj hazırlayıb. Əbu Dalfanın həyat yoldaşı və uşaqları 2023-cü ilin dekabrında İsrailin Qəzza şəhərinin Şecaia ətrafındakı binaya endirdiyi hava hücumu zamanı onun ailəsindən  həlak olan 35 nəfərin  arasındadır. Bombalar düşməyə davam edərkən, yalnız üç cəsəd çıxarıla bilmişdi. 

"Uşaqlarım hələ də dağıntılar altındadır. Mən onları çıxarmağa çalışıram... Mülki müdafiə gəldi, cəhd etdilər, amma dağıntılar işi çətinləşdirir. Bizim burada şəhidləri çıxarmaq üçün texnikamız yoxdur. Bizə ekskavator və maşın lazımdır - Əbu Dalfa Reuters-ə deyib. 

"Həyat yoldaşım beş övladımla - üç qızım və iki oğlumla birlikdə öldürüldü. Üçəmlərim öldü", - o deyib.

Müsəlman və ərəb icmalarında dəfnlər adətən ölümdən sonra bir neçə saat ərzində həyata keçirilir və cəsədlərin götürülməməsi və ləyaqətli dəfn edilməməsi mərhumun ailəsi üçün çox əzabvericidir.

"Ümid edirəm ki, onları çıxarıb məzar edə bilərəm. Bu dünyadan tək istəyim budur. İstəmirəm mənə ev tiksinlər və ya başqa bir şey versinlər. İstədiyim tək şey onlar üçün bir məzarlıqdır. Onları çıxarın və qəbir düzəldin" -Əbu Dalfa tək istəyini ifadə edib. 

Fələstin Mülki Fövqəladə Xidməti və tibb işçiləri bazar günü Həmas ilə İsrail arasında 7 mindən çox qəzzalının ölümünə səbəb olan 15 ay davam edən münaqişəni dayandıran atəşkəsin qüvvəyə minməsindən sonra 200-ə yaxın cəsədi çıxarıb. 

Tehran,

Sitat.info 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://sitat.info
archiveBu xəbər 23 Yanvar 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see195

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see187

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see156

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see145

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see142

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see141

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see139

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see135

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see132

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see131

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see131

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see130

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see128

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see128

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see127

Əməkdar artist Yadigar Muradovun vəziyyəti stabilləşib

19 Oktyabr 2025 18:49see127

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see126

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see126

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see125

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri