Gözdən əlil ananın tək övladının meyiti tapıldı
Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İyulun 12-də Samur-Abşeron kanalının Quba rayonunun Vəlvələ kəndindən keçən hissəsində batan, 2010-cu il təvəllüdlü Fərid Paşa oğlu Osmanovun meyiti tapılıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışları uğurla başa çatdırıblar. Yeniyetmənin meyiti batdığı yerdən təxminən 15 km aralıda, kanalın Şabran rayonunun Gəndov kəndindən keçən hissəsində aşkarlanaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. pizza mizza
Xatırladaq ki, Fərid Osmanovun anası gözdən əlil idi və o, övladını dünyaya gəldiyi gündən görmək imkanından məhrum olmuşdu. F.Osmanov ailənin tək övladı idi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:182
Bu xəbər 19 İyul 2026 21:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















