Icma.az
close
up
RU
“Qəzza zolağında Həmasdan başqa silahlı qruplar da fəaliyyət göstərir” SƏDRƏDDİN SOLTAN

“Qəzza zolağında Həmasdan başqa silahlı qruplar da fəaliyyət göstərir” SƏDRƏDDİN SOLTAN

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Amerika Birləşmiş Ştatları BMT Təhlükəsizlik Şurasına Qəzza zolağında ən azı iki il müddətinə beynəlxalq hərbi kontingentin yaradılmasını nəzərdə tutan qətnamə layihəsi təqdim edib. Layihədə ABŞ-a və digər iştirakçı ölkələrə Qəzza zolağının idarə olunması və 2027-ci ilin sonuna qədər təhlükəsizliyin təmin edilməsi ilə bağlı geniş səlahiyyətlərin verilməsi nəzərdə tutulur. Sənəd yaxın günlərdə BMT Təhlükəsizlik Şurasında müzakirə olunacaq.

İsrail və Həmas arasındakı atəşkəs isə ara-sıra pozulur. Bəs buna niyə hələ də tam əməl olunmur və pozuntular niyə baş verir?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, əslində, atəşkəsə əməl olunur və ara-sıra atəşkəsin pozulması kimi təqdim olunan hadisələr ümumi prosesə ciddi təsir göstərmir:

“Əvvəllər İsrailin iki hərbçisi Qəzza zolağında öldürüldü və bunun nəticəsində İsrail Qəzza zolağını bombaladı, onlarla insan həlak oldu. Həmas isə bəyan etdi ki, həmin hadisədə onların əli yoxdur. Bu isə göstərir ki, Qəzza zolağında Həmasdan başqa silahlı qruplar da mövcuddur.

Bu vəziyyət onu göstərir ki, Qəzza zolağına yalnız Həmas nəzarət etmir. Digər tərəfdən, Həmas daxilində belə qüvvələr mövcuddur ki, İsrail ilə mövcud atəşkəs rejiminin qorunmasına tərəfdar deyillər. Buna görə də onlar ara-sıra atəş açır və bu hadisələr atəşkəsin pozulması kimi təqdim olunur”.

Siyasi şərhçi qeyd edib ki, regionda Həmasla İsrail arasında atəşkəsin baş verməsini və davam etməsini istəməyən xarici qüvvələr də mövcuddur:

“Bunlar ABŞ və İsrailin rəqibi olan qüvvələrdir və atəşkəsin pozulması kimi təqdim olunan hadisələrdə iştirak edə bilərlər.

Buna baxmayaraq, İsrail və Həmas arasında əldə edilmiş atəşkəs rejimi ümumilikdə davam edir. Əgər atəşkəs pozularsa, bu ABŞ və İsrailin nüfuzuna, eləcə də Qahirədə atəşkəsə təminat verən ölkələrin nüfuzuna ciddi zərbə vura bilər. Bu səbəbdən, atəşkəsin pozulması ehtimalı azdır və prosesin davam etməsi daha məntiqlidir.

Əgər atəşkəs pozulsa və yenidən hərbi əməliyyatlar başlasa, ABŞ regionda təşəbbüsünü, nəzarətini və gücünü itirmiş olacaq. Buna görə də hələlik atəşkəsin pozulacağı ehtimalı azdır”.

Şəbnəm 

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 14 Noyabr 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see350

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see221

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see189

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see174

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see171

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see166

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see156

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see156

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see154

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see153

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see151

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see141

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see139

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see133

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri