Icma.az
close
up
RU
“Dünyanın aparıcı gücləri Trampın Qəzza planını dəstəkləyirlər” SƏDRƏDDİN SOLTAN

“Dünyanın aparıcı gücləri Trampın Qəzza planını dəstəkləyirlər” SƏDRƏDDİN SOLTAN

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, İsrail və HƏMAS arasında atəşkəs razılaşması cümə axşamı ABŞ prezidenti Donald Trampın razılığın əldə olunduğunu elan etməsindən sonra Qəzzada qüvvəyə minib.

Baş nazir Benyamin Netanyahu planı təsdiqləmək üçün iclası çağırdığını əvvəlcədən elan etmişdi.

Rəsmi məlumatlara görə, atəşkəs razılaşmanın imzalanmasından dərhal deyil, hökumətin təsdiqindən sonra qüvvəyə minib.

Gununsesi.info-ya danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, HƏMAS-la İsrail arasında ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə olunan Qəzza atəşkəsi regionun gələcəyi ilə bağlı bir sıra ümidlər doğurur.

“Bu razılaşma ilk növbədə Fələstin ərazilərinin bütövləşməsi, yəni vahid və mərkəzləşdirilmiş idarəetmə sisteminin formalaşması, qanunsuz silahlı qruplaşmaların tərki-silah olunması və Fələstin–İsrail münasibətlərinin normallaşması baxımından mühüm əhəmiyyət daşıyır.

Uzunmüddətli perspektivdə bu prosesin Fələstinlə İsrailin bir-birini tanıması və regionda Fələstin məsələsindən istifadə edərək pozuculuq edən qüvvələrin, xarici maraqların təsir dairəsindən çıxması ilə nəticələnəcəyi gözlənilir.

Digər tərəfdən, regionda iqtisadi rəqabətin artması, enerji sahəsində yeni oyunçuların meydana çıxması və İsraillə ərəb ölkələri arasında qarşılıqlı tanınma və əməkdaşlığın formalaşması da bu prosesin mühüm istiqamətlərindəndir”.

Sədrəddin Soltan qeyd edib ki, müharibənin davam etməsi isə bütün bu optimizmi məhv edə bilər.

“Sabitliyə qarşı çıxan əsas qüvvə kimi İranın İnqilab Keşikçiləri Korpusu (SEPAH) önə çıxır. Bu qurum müxtəlif vasitələrlə əldə olunan anlaşmanı və danışıqları pozmağa cəhd göstərir. Bununla belə, Rusiya prezidenti Vladimir Putinlə İsrail baş naziri Benyamin Netanyahunun iki gün öncə baş tutan telefon danışığı, eləcə də Çinin məsələyə maraqlı yanaşması onu göstərir ki, dünyanın aparıcı gücləri Trampın Qəzza planını dəstəkləyirlər.

Beləliklə, bütün göstəricilər onu deməyə əsas verir ki, müharibənin başa çatması ehtimalı onun davam etməsi ehtimalından daha yüksəkdir”-deyə o əlavə edib.

Şəbnəm Rəhimova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 09 Oktyabr 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see211

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see170

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see157

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see151

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see137

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see136

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see135

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see134

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri