Qəzza zolağından İsrailin iki, Tailandın beş vətəndaşı azad edilib
Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İsrailin iki və Tailandın beş vətəndaşı Qəzza zolağından azad edilərək İsrail Ordusuna təhvil verilib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.
"İsrail hökuməti yeddi azad edilmiş şəxsi səmimiyyətlə qarşılayır. Vətəndaşlarımızın siyahısı: Arbel Yehud, Qadi Mozes. Bundan əlavə, beş Tailand vətəndaşı da azad edilib", - bəyanatda qeyd olunub.
Baş nazirin dəftərxanası bildirib ki, İsrail hökuməti bütün girovların və itkin düşmüş şəxslərin qaytarılmasına sadiqdir.

Qəzza zolağından İsrailin cənubuna raket ATILDI
08 Yanvar 2025 19:39
Tailandın Baş nazirinin səlahiyyətləri dondurulub
01 İyul 2025 12:21
Tailandın Baş naziri vəzifəsindən uzaqlaşdırılıb
29 Avqust 2025 13:31
Tailandın yeni Baş naziri seçilib
05 Sentyabr 2025 14:28
Tailandın baş naziri vəzifəsindən uzaqlaşdırıldı
29 Avqust 2025 14:03

