Icma.az
close
up
RU
Tailandın yeni Baş naziri seçilib

Tailandın yeni Baş naziri seçilib

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 5 sentyabr, AZƏRTAC

Cümə günü, sentyabrın 5-də Tailand parlamenti 58 yaşlı Anutin Çarnvirakulu ölkənin Baş naziri seçib. O, 2023-cü ildən bəri ölkənin üçüncü lideri olacaq.

AZƏRTAC xəbər verir ki, Anutin Çarnvirakul parlamentin aşağı palatasında qalib gəlmək üçün lazım olan 247 səsdən çox, azı 273 səs toplayıb. Onun rəqibi, nüfuzlu Şinavatra ailəsinin rəhbərlik etdiyi blokdan olan namizəd Çaykasem Nitisiri 132 səs toplayıb. Anutinin seçkilərdə qələbəsi parlamentin ən böyük qüvvəsi olan mütərəqqi müxalifət Xalq Partiyası ilə razılaşmanın nəticəsi olub. O, 4 ay ərzində Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirəcəyini və seçkilərin təyin ediləcəyini vəd edib.

Anutin Tailandın Baş nazirinin müavini, daxili işlər və səhiyyə naziri vəzifələrində çalışıb.

O, Xalq Partiyasının daxil olmayacağı azlıq hökumətinə başçılıq edəcək və iqtisadiyyatı zəif istehlak, sərt kreditlər, artan ev borcları səbəbindən çətin vəziyyətdə olan bir ölkəyə rəhbərlik edəcək.

Keçən həftə Konstitusiya Məhkəməsinin Şinavatra ailəsindən altıncı baş nazir olan Phethonqtan Şinavatranı vəzifəsindən uzaqlaşdırdılması əsl şok olub.

Qeyd edək ki, Tailandda demək olar ki, bütün hökumət başçıları ya məhkəmə qərarı ilə, ya da hərbi çevriliş nəticəsində vəzifələrindən gediblər. Belə ki, sabiq Baş nazirin atası və bibisinin başçılıq etdiyi hər iki hökumət generallar tərəfindən devrilib. Bu ölkə 20 ildir ki, Şinavatra siyasi klanının tərəfdarları və əleyhdarları arasında bölünüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Sentyabr 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see330

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see318

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see314

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see307

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see305

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see275

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see269

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see231

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see223

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see217

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see210

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see205

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see203

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see203

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see200

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see182

Kişilər arasında dostluğu qorumağın sadə bir yolu müəyyən edilib...

13 Oktyabr 2026 20:52see169

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see166

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see165

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

13 Oktyabr 2026 18:34see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri