Icma.az
close
up
RU
Qəzzada atəşkəs elan olunacaq

Qəzzada atəşkəs elan olunacaq

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Trampdan HƏMAS-a son xəbərdarlıq...

ABŞ Prezidenti Donald Tramp yaxın zamanda Qəzzada müharibənin sona çatacağını bəyan edib. Belə ki, Ağ Evin rəhbəri jurnalistlərə açıqlamasında bildirib ki, ABŞ-ın vasitəçiliyi ilə tezliklə İsrail ilə HƏMAS arasında atəşkəslə bağlı razılaşma əldə olunacaq. Onun sözlərinə görə, Vaşinqton problemlərin həlli üzərində çalışır. “HƏMAS-la bağlı bəzi məsələlər ortaya çıxdı və biz çox yaxşı ola biləcəyini düşündüyümüz bir həll üzərində işləyirik. Bu barədə çox yaxında eşidəcəksiniz. Biz buna son qoymağa, girovları geri qaytarmağa çalışırıq”,- deyə Tramp qeyd edib.  Dövlət başçısı, həmçinin Qəzzada saxlanılan israilli girovların azad ediləcəyinə və meyitlərin qaytarılacağına əmin olduğunu bildirib. Bununla yanaşı, ABŞ Prezidenti “Truth” sosial şəbəkəsində HƏMAS -a xəbərdarlıq edib - o, bildirib ki, İsrail onun şərtlərini qəbul edib, HƏMAS-ın da qəbuletmə vaxtıdır. “Şərtləri qəbul etməməyin nəticələri ilə bağlı HƏMAS-a xəbərdarlıq etmişəm. Bu mənim son xəbərdarlığımdır, başqası olmayacaq”. Qeyd edək ki, Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff HƏMAS-a yeni atəşkəs razılaşmasını təqdim edib.  Bu razılaşmaya görə, Qəzzaya hücum planının dayandırılması qarşılığında atəşkəs elan ediləcək, ondan sonra həm İsrail, həm də HƏMAS qarşılıqlı şəkildə fələstinli və israilli girovları azad etməlidir. Atəşkəsdən sonrakı danışıqlarda isə HƏMAS-ın tamamilə tərksilah edilməsi və İsrail ordusunun Qəzzadan tam çıxarılması ilə bağlı məsələ ətrafında müzakirələr aparılacaq.

HƏMAS danışıqlara hazırdır

HƏMAS Qəzza zolağında atəşkəs və orada saxlanılan bütün girovların azad olunması ilə bağlı danışıqlara dərhal qayıtmağa hazır olduğunu bəyan edib. HƏMAS-ın “Telegram” kanalında yayımlanan bəyanatında bildirilir ki, təşkilat öz şərtlərini müzakirəyə çıxarmaqda israrlıdır. “HƏMAS dərhal danışıqlar masasına oturmağa və bütün girovların azad olunması qarşılığında müharibənin dayandırılması, İsrail ordusunun Qəzzadan çıxması və orada dərhal fəaliyyətə başlayacaq müstəqil Fələstin hökumətinin formalaşdırılması məsələlərini müzakirə etməyə hazırdır”, - deyə təşkilatın bəyanatında qeyd olunub. Hərəkatın rəhbərliyi, həmçinin Vaşinqtonun vasitəçilərlə Qəzzada atəşkəslə bağlı öz baxışını təqdim etdiyini təsdiqləyib və HƏMAS-ın “anklavda aqressiyanın dayandırılmasına yönəlmiş istənilən təşəbbüsü alqışladığını” vurğulayıb. Bundan başqa, təşkilat “İsrailin gələcək saziş çərçivəsində öz öhdəliklərinə əməl edəcəyinə dair zəmanətlərin” verilməsini tələb edib və “vasitəçilərlə daimi əlaqədə olduqlarını, Qəzzaya dair hərtərəfli sazişin hazırlanması üzərində onlarla birgə işlədiklərini” bildiriblər.

Trampın budəfəki planı daha konkret və aktivdir

Məsələ ilə bağlı Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Tramp budəfəki bəyanatında atəşkəs və girovların azad olunmasına yönəlik daha konkret və aktiv bir plan təqdim etmiş görünür. “7 sentyabr 2025-ci ildə Tramp jurnalistlərə “Qəzzada çox tezliklə razılaşma əldə ediləcəyini” bildirib, “İsrail mənim şərtlərimi qəbul edib, indi sıra HƏMAS-dadır” deyərək, bu, “son xəbərdarlıqdır” ifadəsi ilə gücləndirib. O, təklif edib ki, bütün girovlar (təxminən 48 nəfər) ilk atəşkəs günündə azad olunsun, əvəzində fələstinli məhbuslar həbsxanadan azad edilsin və atəşkəs müddətində danışıqlar başlasın. İsrail tərəfi bu təklifi “çox ciddi şəkildə nəzərdən keçirdiyini” bildirib, lakin hələ rəsmi təsdiq verilməyib. Göründüyü kimi,  Tramp bu dəfə atəşkəs prosesinə faktiki təkliflə və diplomatik vasitələrlə daxil olur - bu, əvvəlki bəyanatlardan daha konkret və ciddidir”.

HƏMAS danışıqlara qayıtmaqda qərarlıdır, yoxsa gözdən pərdə asır?

Ekspert vurğulayıb ki, HƏMAS-ın müəyyən şərtlərlə danışıqlara hazır olduğunu bəyan etməsinə baxmayaraq, danışıqlarda iştirak edib-etməyəcəyi sual altınadadır.  “HƏMAS ABŞ-ın vasitəsi ilə təkliflər aldığını və danışıqlar masasına dərhal qayıtmağa hazır olduğunu bildirib. Onlar bütün fələstinli girovların azad olunması, müharibənin bitirilməsi üçün qəti bəyanat və İsrailin Qəzzadan tam çəkilməsi tələbini təkrarlayıblar. Həmçinin müstəqil Fələstin komitəsinin idarəçiliyinə dair təşəbbüsləri müdafiə ediblər. HƏMAS bu dəfə də real seçim imkanlarına bağlı olaraq danışıqlara açıqdır. Lakin onun məqsədləri (girovların tam azad olunması, İsrailin çıxması və s.) İsrail üçün qəbuledilməz ola bilər və buradan “danışıqlara hazırlığ”ın yalnız taktiki addım olması dəyərləndirilə bilər,”  -deyə V.Zifəroğlu əlavə edib ki,  İsrailin HƏMAS-ın bu şərtlərə razılıq verəcəyi inandırıcı görünmür: “Netanyahu hökuməti hələ ki yalnız bütün israilli girovların azad edilməsi, HƏMAS-ın silahsızlaşdırılması və Qəzzada İsrail üçün təhlükəsizlik zəmanətlərinin təmin edilməsi qarşılığında hərbi əməliyyatları dayandıracağını bəyan edir”.

Qəzzada atəşkəs hansı halda təmin oluna bilər?

“Tramp irəli sürdüyü modelin hazırda real variant olduğunu bildirir. İsrail dəyərləndirir, amma rəsmi razılıq hələ verilməyib. HƏMAS-dan gələn açıqlamalar konstruktivdir, amma keçmişdə əldə edilmiş razılaşmalara əməl edilməməsi təcrübəsi narahatlıq doğurur. Münaqişənin real olaraq  dayandırılması üçün tərəflərin həm ideyalarını, həm də tələblərini birləşdirəcək ortaq məxrəcə ehtiyac var - bu isə indiyədək mümkün olmayıb,” - deyə V.Zifəroğlu bildirib.

Yunis ABDULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 Sentyabr 2025 09:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zaur özü də bilmədən Elməddinin sirrini açdı

31 Avqust 2026 02:15see369

Trampdan sərt ittihamlar: Vicdansız media

30 Avqust 2026 23:54see290

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see268

Qızı Rüfət Axundovu sevindirdi ÖZƏL

30 Avqust 2026 19:48see250

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

31 Avqust 2026 04:04see247

Fizioterapiya ilə bağlı vacib məqamlar Səhiyyə Nazirliyinin mütəxəssisi açıqladı

31 Avqust 2026 11:56see244

Qırmızı və yaşıl almaların faydaları Hansını yemək daha yaxşıdır?

31 Avqust 2026 03:05see243

Həkimlər dəhşətli bir diaqnoz qoyublar…

30 Avqust 2026 20:49see238

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see236

Orqanizminizdə iltihab varsa qəhvə için

31 Avqust 2026 02:04see234

Ermənistanda siyasi DƏYİŞİKLİK: Paşinyan rəqiblərinə qarşı hərəkətə keçdi

30 Avqust 2026 22:25see228

Azərbaycan səhiyyəsi nə zaman əhalini qane edəcək? KONKRET

31 Avqust 2026 12:56see213

Bu dərman saç tökülməsinə qarşı EFFEKTLİDİR

31 Avqust 2026 13:39see195

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see193

“Soçi” Şeydayevin iştirakı ilə üç xal qazandı

31 Avqust 2026 01:52see189

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see188

Belə oturanların onurğa sümüyü əyilir

31 Avqust 2026 16:07see183

ABŞ ordusu Larak adasında SEPAH ın iki raket qurğusunu vurub

31 Avqust 2026 03:12see178

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see173

Serxio Ramos “Bernabeu”da “Real Madrid”in qələbəsini izlədi VİDEO

31 Avqust 2026 02:41see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri