Icma.az
close
up
RU

Qəzzada atəşkəs yaxınlaşırmı?

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Qəzzada atəşkəs üçün danışıqlar bu həftə Qahirə və Dohada keçirilib. BBC-yə danışan Fələstin rəsmisi danışıqların 90 faizinin tamamlandığını bildirib. O, atəşkəsin məzmunu barədə də məlumat verib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İngilis nəşri BBC-nin məlumatına görə, Fələstinli yüksək səviyyəli bir səlahiyyətli, “Qəzzada atəşkəs danışıqlarının yüzdə 90-ı tamamlandı. Bununla belə, əsas məsələlər hələ də həllini gözləyir” deyib.

Fələstin rəsmisi bu həftə Qətərin paytaxtı Dohada keçirilən danışıqların təfərrüatlarını açıqlayıb.

Qəzza ilə Misir arasındakı sərhəd boyunca uzanan Filadefi dəhlizi strateji əhəmiyyətə malikdir. Danışıqlar zamanı dəhliz boyu bir neçə kilometr enində bufer zonasının yaradılması müzakirə olunub. İsrail bufer zonada əsgər saxlamağa davam etmək istəyir.

Fələstin rəsmisinə görə, üç mərhələli atəşkəsin ilk mərhələsində azad edilən hər əsgər üçün İsrail həbsxanalarından 20 fələstinli məhbus azad ediləcək .

Hansı məhbusların azad ediləcəyi ilə bağlı hələlik razılaşma yoxdur.

Bu şəxslər 25 il və daha çox həbs cəzası alan 400 ad arasından seçiləcək.

FƏTH lideri Mərvan Barqutinin azadlığa buraxılacaqlar arasında olması gözlənilmir. İsrailin Barqutiyə veto qoyacağı təxmin edilir.

Həmas tərəfindən saxlanılan israilli girovlar mərhələli şəkildə azad ediləcək. Bəzi girovların itkin düşdüyü və HƏMAS-ın onların yerini müəyyən etməli olduğu bildirilir.  Qəzzada hələ də 96 girovun olduğu , onlardan 62-nin sağ olduğu təxmin edilir. 

Fələstin rəsmisinin verdiyi məlumata görə, Qəzzanın şimalından cənuba qovulan mülki vətəndaşlar geri qayıdacaq. Qaytarmalar Misir və Qətərin nəzarəti altında həyata keçiriləcək. Hər gün təxminən 500 yük maşınının Qəzzaya daxil olmasına icazə veriləcək. 14 aylıq müharibəyə son qoyacaq planın son mərhələsində Qəzza texnokratlar komitəsinə həvalə olunacaq. Qəzza texnokratlarının əvvəlki siyasi əlaqələri olmayacaq və bütün Fələstin qrupları tərəfindən dəstəklənəcək. HƏMAS, İslami Cihad və Fələstinin Azadlıq Xalq Cəbhəsi cümə günü Qahirədə danışıqlar aparıb. Bildirilib ki, əgər İsrail yeni şərtlər irəli sürməyi dayandırarsa, Qəzzada atəşkəs həmişəkindən daha yaxındır.

Orxan Saffari

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 23 Dekabr 2024 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see290

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see270

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see250

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see250

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see242

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see240

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see226

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see220

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see210

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see206

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see203

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see198

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see197

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see193

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see192

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see186

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see183

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see182

Forma problemi “Xankəndi”yə baha başa gəldi

13 Oktyabr 2026 11:50see169

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri