Icma.az
close
up
RU
Qəzzada müharibəyə son: Səudiyyənin Tramp üzərindən yeni sülh planı RƏY

Qəzzada müharibəyə son: Səudiyyənin Tramp üzərindən yeni sülh planı RƏY

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Prezidenti Donald Trampın bu həftənin sonunda Səudiyyə Ərəbistanına səfəri zamanı Ər-Riyad onu Fələstin dövlətinin yaradılması, Qəzzada müharibəyə son qoyulması və İsraillə ərəb ölkələri arasında əlaqələrin normallaşdırılması ilə bağlı regional paket sazişinə cəlb etməyə çalışacaq.

Bu barədə “Times of Israel” mənbələrə istinadla məlumat yayıb. İsrail nəşri Səudiyyə kral ailəsinin adı açıqlanmayan rəsmisinə istinadla yazır ki, Ər-Riyadda Trampın belə bir razılaşmanı dəstəkləməyə inandırılacağına dair böyük nikbinlik var. Nəşrə danışan rəsmi qeyd edib ki, bəzi təfərrüatlar dəyişdirilə bilər, amma Fələstin dövlətinin tanınması və Qəzzada müharibənin dayandırılması Ər-Riyad üçün dəyişdirilməsi mümkün olmayan komponentlərdir.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov Sherg.az-a bildirib ki, Donald Trampın Səudiyyə Ərəbistanına səfəri həm strateji, həm də diplomatik mənada çox mühüm bir hadisədir:


“Bu səfər ABŞ ilə Səudiyyə Ərəbistanı arasındakı əlaqələrin daha da güclənməsi, eləcə də regiondakı güc balansının dəyişdirilməsi məqsədi daşıyır. Səudiyyə Ərəbistanı ərəb dünyasında liderliyini qorumaq və həmçinin ABŞ-ın dəstəyini qazanmaq üçün bu səfəri əhəmiyyətli bir fürsət kimi dəyərləndirir. Trampın səfəri zamanı əldə ediləcək hər hansı bir razılaşma siyasi, iqtisadi baxımdan Səudiyyə Ərəbistanı üçün mühüm nəticələr doğura bilər. Ər-Riyadın Trampı Fələstin dövlətinin yaradılması və Qəzzadakı müharibənin sona yetirilməsi kimi məsələlərə cəlbetmə istəyi regionda sülh və stabillik üçün uzunmüddətli hədəfləri əks etdirir. Səudiyyə Ərəbistanı Fələstin məsələsini hər zaman öz xarici siyasətinin mərkəzində tutur. Onlar Fələstin dövlətinin tanınmasını regiondakı digər ərəb ölkələrinin dəstəyi ilə mübahisəsiz bir əsas şərt olaraq görürlər. Trampın bu məsələdə razılaşmağa inandırılması həm Səudiyyə Ərəbistanının daxili prestijini artıracaq, həm də ərəb dünyasında liderlik nüfuzunu gücləndirəcək. 


Ekspert qeyd edib ki, Qəzzadakı müharibəyə son qoyulması məsələsi Səudiyyə Ərəbistanı üçün daxili və xarici siyasətdə kritik əhəmiyyət kəsb edir:

“Qəzzada davam edən münaqişə təkcə regionda deyil, ümumiyyətlə dünya səhnəsində sabitliyi təhdid edən bir faktordur. Bu müharibə həm Səudiyyə Ərəbistanının iqtisadi və siyasi maraqlarını, həm də ərəb ölkələrinin ümumi təhlükəsizlik maraqlarını zədələyir. Trampın bu məsələdə Səudiyyə Ərəbistanı ilə həmfikir olması münaqişənin sona çatdırılması ilə bağlı konkret addımların atılmasına səbəb ola bilər. İsraillə ərəb ölkələri arasında əlaqələrin normallaşması Səudiyyə Ərəbistanı üçün uzunmüddətli strateji məqsədləri əks etdirir. Səudiyyə Ərəbistanı İsraillə əlaqələri normallaşdıraraq regional güc balansını öz xeyrinə dəyişdirmək,  ABŞ ilə müttəfiqliyini daha da gücləndirmək istəyir. Lakin, bu prosesin müsbət nəticə verməsi üçün Fələstin məsələsinin həlli hələ də əsas prioritet olaraq qalır. Səudiyyə Ərəbistanı, bu məsələnin həlli olmadan İsraillə hər hansı bir diplomatik əlaqənin qurulmasının ərəb dünyasında ciddi narazılıqlara səbəb olacağını bilir. Buna görə də, İsraillə əlaqələrin normallaşması yalnız Fələstin dövlətinin tanınması və Qəzzada müharibənin sona yetirilməsi ilə mümkün ola bilər. Nəticə etibarilə, Trampın Səudiyyə Ərəbistanına səfəri regiondakı güc balansının və diplomatik münasibətlərin gələcəyini formalaşdıracaq. Səudiyyə Ərəbistanı həm ABŞ ilə, həm də digər ərəb dövlətləri ilə əlaqələrini gücləndirmək, həmçinin Fələstin məsələsində daha fəal bir mövqe tutmaq istəyir. Bu səfər Səudiyyə Ərəbistanının regional və qlobal nüfuzunu artıracaq, həm də ABŞ ilə daha yaxın əlaqələrin qurulmasına şərait yaradacaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 May 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see214

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see190

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see189

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see173

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see158

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see151

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see149

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see149

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see143

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see142

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see135

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see134

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see133

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri