Icma.az
close
up
RU
Trampın sülh planı Qəzzada müharibəyə son qoyacaq?

Trampın sülh planı Qəzzada müharibəyə son qoyacaq?

Icma.az bildirir, Missiya.az saytına əsaslanaraq.

"ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Qəzza ilə bağlı əldə olunan razılaşmanın dayanıqlı olması, məncə, mümkün deyil. Düzdü, razılaşmadan sonra bəzi İslam ölkələri Trampın təşəbbüsünü dəstəkləyən bəyanatlarla çıxış etdilər. Burada isə diqqət çəkən əsas məqam ondan ibarətdir ki, bu ölkələr İsrail ordusunun Qəzzadan tamamilə çıxmasını gözlədiklərini ifadə edirlər. Digər tərəfdən, İsrailin Baş naziri isə bildirib ki, İsrail qoşunları Qəzzanı tərk etməyəcək".

Bunu Missiya.Az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.

O bildirib ki, İsrailin Baş naziri Benyamin Netanyahu heç vaxt Fələstin dövlətinin yaradılmasına icazə verməyəcəklərini açıq şəkildə bəyan edib:

"Bu isə onu deməyə əsas verir ki, əgər İsrail ordusu Fələstində qalacaqsa, bu, həm HƏMAS-ın tələbləri, həm də İslam ölkələrinin mövqeyi ilə ziddiyyət təşkil edir. Bu səbəbdən də HƏMAS-ın İsrail və ABŞ arasında əldə olunan Qəzza ilə bağlı razılaşmanın sülhə gətirib çıxarması və ya dayanıqlı olması mümkün görünmür.

Eyni zamanda, tarixi proseslərə nəzər salsaq, məsələ daha aydın şəkildə anlaşılır. HƏMAS və ona bənzər təşkilatlar məhz ona görə meydana gəldi ki, İsrail BMT-nin qərarlarına zidd şəkildə hərəkət etdi və Fələstin dövlətinin yaranmaması üçün bütün imkanlarını səfərbər etdi. Nəticədə, bu müqavimət hərəkatları formalaşdı. HƏMAS-ın ideoloji əsaslarını təşkil edən başlıca məqsəd Fələstin dövlətinin yaradılmasıdır. İsrail isə açıq şəkildə bildirir ki, bu dövlətin yaradılmasına heç vaxt razı olmayacaq.

Digər məsələlər isə təbii ki, detal xarakteri daşıyır. İstər prosesə əsaslı yanaşsaq, istərsə də İslam ölkələrinin və İsrail hökumətinin səsləndirdiyi bəyanatlar fonunda bu prosesin uğurla yekunlaşmayacağını demək mümkündür". 

Ə.Zülfüqaroğlu qeyd edib ki, bu nəticəsizliyin əsas səbəblərindən biri də tərəflər arasında güvənsizlikdir:

"İsrail tələb edir ki, HƏMAS silahı yerə qoymalı və bütün girovları azad etməlidir. HƏMAS isə qarşılığında təminat istəyir ki, girovların azad edilməsinə paralel olaraq İsrail ordusu Qəzzanı tamamilə tərk etməli və Qəzzanın idarəçiliyi Mahmud Abbasın rəhbərliyinə verilməlidir.

Qeyd etmək lazımdır ki, əvvəlki dövrlərdən fərqli olaraq HƏMAS artıq Qəzzanın Mahmud Abbas tərəfindən idarə olunmasına daha açıq şəkildə razılıq göstərir, lakin İsrail buna qarşı çıxır. Bu, həm İslam ölkələrinin, həm də HƏMAS-ın mövqeyi ilə ziddiyyət təşkil edir.

Bütün bunlar onu deməyə əsas verir ki, ABŞ vasitəçiliyi ilə əldə olunan razılaşmanın reallaşması üçün praktik imkanlar son dərəcə məhduddur və bölgədəki gərginliyin davam edəcəyi ehtimalı yüksəkdir".

Seyranə Quliyeva
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:253
embedMənbə:https://missiya.az
archiveBu xəbər 01 Oktyabr 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see547

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see309

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see299

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see298

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see292

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see273

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see269

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see269

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see255

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see252

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see240

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see240

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see238

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see235

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see233

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see233

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see230

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see221

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see221

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see221
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri