Icma.az
close
up
RU
Qəzzada Türkiyənin mövqeyi nəzərə alınmadan sülh mümkün deyil

Qəzzada Türkiyənin mövqeyi nəzərə alınmadan sülh mümkün deyil

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağındakı vəziyyət və bölgənin gələcəyi ilə bağlı verdiyi son açıqlamada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın prosesdəki roluna xüsusi diqqət çəkib. Tramp bildirib ki, Ərdoğan bu məsələnin həllinə ciddi səylə yanaşır və HƏMAS tərəfindən də hörmətlə qarşılanır. ABŞ lideri Ərdoğanı “möhtəşəm insan”, “çox çalışqan” və “güclü lider” kimi xarakterizə edib.

Bəs Ərdoğanın İsrail-HƏMAS münaqişəsinin həllində real təsir imkanları varmı? ABŞ və Türkiyə birgə şəkildə bu problemi yekunlaşdırmaq gücünə malikdirmi?

Redaktor.az-a açıqlamasında türkiyəli politoloq İsmail Cingöz bildirdi ki,  Donald Tramp, Qəzza zolağında davam edən soyqırım və İsrail qətliamlarının dayandırılması məqsədilə 20 maddəlik sülh və atəşkəs təklifi təqdim edib və bu atəşkəs təklifi ilkin mərhələdə HƏMAS tərəfindən "bizə rəsmi olaraq təqdim edilmədi" şəklində qarşılanıb:

"Eyni zamanda Trampın bu təklifinə Türkiyə, bölgədəki digər İslam ölkələri və bəzi Avropa dövlətləri tərəfindən dəstək verildiyi görülür. Çünki artıq Qəzzadakı insanlıq dramının dərhal sona çatdırılması zəruri hala gəlib. 66 mindən çox insanın İsrail tərəfindən soyqırım xarakterli hücumlarla öldürüldüyü, aclıq səbəbilə ölümlərin davam etdiyi bir şəraitdə, Qəzzaya humanitar yardımların İsrail tərəfindən əngəlləndiyi dövrdə atəşkəsin və sülhün təmin olunması qaçılmazdır. Donald Trampın da vurğuladığı kimi, Rəcəb Tayyib Ərdoğanın həm bölgə ölkələri, həm də HƏMAS üzərində təsir və nüfuzu olduğu açıq şəkildə qəbul edilir".

Politoloq qeyd etdi ki, HƏMAS liderlərinin özləri ilə məsləhətləşilmədən və müzakirə aparılmadan atəşkəs təklifi təqdim olunması, onların ilkin mərhələdə tərəddüdlü yanaşmasına səbəb olub:

"Bununla belə, Türkiyənin dəstəyi ilə HƏMAS tərəfinin inandırılması, Qəzza və oradakı insanlıq üçün atəşkəsin təmin olunması məqsədilə Türkiyə və bəzi ölkələrin diplomatik cəhdlər göstərdiyi açıqlamalarda öz əksini tapır. Əlbəttə, HƏMAS daxilində atəşkəsə qarşı çıxan qüvvələr ola bilər. Lakin danışıqların alınmamasına görə ehtiyatlı yanaşan bu elementlərin də, Türkiyənin və digər bölgə ölkələrinin təşəbbüsləri ilə ortaq məxrəcə gətirilə biləcəyi və Qəzzadakı qan tökülməsinin dayandırılması üçün atəşkəsin vacibliyi ön plana çıxır. Trampın bu kontekstdə Ərdoğana işarə etməsi xüsusi əhəmiyyət kəsb edir. Çünki Türkiyənin iştirakı olmadan bölgədə daimi sülhün mümkün olmayacağı artıq uzun müddətdir ki, məlumdur. Bu, təkcə Qəzza ilə məhdudlaşmır. İsrail-İran gərginliyi, İraq və Suriyada baş verən hadisələr, Ukrayna-Rusiya müharibəsi, Qafqaz, Şərqi Aralıq dənizi, Balkanlar, Afrika, Yəmən, Uzaq Şərq və Pakistan-Hindistan münasibətləri kimi bir çox münaqişə sahəsində də Türkiyənin iştirak etmədiyi heç bir sülh təşəbbüsünün uzunmüddətli olmadığı artıq qəbul edilən bir reallıqdır. Hətta Avropa ilə ABŞ arasında yaranan gərginliklərdə belə Türkiyəsiz planların uğur qazanmadığı müşahidə olunur. Yəni Qəzzada da Türkiyənin mövqeyi nəzərə alınmadan, onun iştirakı olmadan atəşkəsin və sülhün davamlı olması mümkün deyil. Bu reallıqdan yola çıxaraq, Tramp Ərdoğanı önə çıxarmaqla, Türkiyənin iştirak etmədiyi bir sülh prosesinin uğursuzluğa məhkum olduğunu vurğulayır. Başqa sözlə, bir yerdə Türkiyə varsa, orada sülh və sabitlik vardır. Məhz bu səbəbdən, Türkiyə Qəzza məsələsində əsas oyunçulardan biri kimi ön plana çıxır".

Müsahibimizin fikrincə, əsas problem İsrailin ABŞ tərəfindən nə dərəcədə cilovlana biləcəyidir.

"İsrail, Amerikanı özünə məhdudiyyətsiz dəstək verən bir tərəfdaş kimi gördüyü müddətcə, bu bölgədə onun təcavüzkar siyasəti və hücumları davam edəcəkdir. Əslində burada söhbət sadəcə Fələstin-Qəzza probleminin həllindən getmir. Burada ümumilikdə Orta Şərqdəki İsrail problemi mövcuddur. Bu problemin həlli üçün ABŞ və sionist strukturların bu təcavüzə "dur" deməsi zəruridir. Eyni zamanda, Türkiyə, Misir, Səudiyyə Ərəbistanı kimi bölgənin güclü dövlətlərinin ortaq hərəkəti də olduqca əhəmiyyətlidir", - deyə İsmail Cingöz bildirdi.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 Oktyabr 2025 18:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see688

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see233

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see192

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see182

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see179

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see158

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see157

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see142

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see138

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see137

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri