Icma.az
close
up
RU
Ərdoğan: Türkiyənin mövqeyi dünya miqyasında nəzərə alınır

Ərdoğan: Türkiyənin mövqeyi dünya miqyasında nəzərə alınır

Azertag saytına istinadən Icma.az xəbər verir.

Ankara, 25 iyun, AZƏRTAC

Türkiyənin mövqeyi dünya miqyasında nəzərə alınır. Ölkənin müdafiə sahəsinə xərcləri ÜDM-in 2 faizindən çoxdur. Güclü infrastruktur və investisiyalar sayəsində bu göstəricini 5 faizə çatdıra bilərik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Haaqada keçirilən NATO sammitinin yekunlarına dair brifinqdə səsləndirib.

O, Türkiyənin müdafiə sənayesindəki uğurlarına diqqət çəkərək bildirib ki, ölkə pilotsuz uçuş aparatlarının aparıcı istehsalçıları sırasındadır.

Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Şimali Atlantika Alyansının müttəfiqləri Haaqada müasir dövrün təhlükə və təhdidləri fonunda “üzərlərinə daha böyük məsuliyyət götürmək” barədə razılığa gəliblər ki, bu da Ankara tərəfindən təqdir olunur.

Türkiyə Prezidenti Ukraynada gedən müharibənin regional və qlobal təsirlərinə də toxunub.

“Türkiyə Moskva və Kiyev arasında ədalətli və davamlı sülh naminə səylərini davam etdirir. Əminəm ki, ədalətli sülhdən heç kim uduzmayacaq. Müharibənin tezliklə başa çatacağına ümid edirik”, – deyə o bildirib.

İran və İsrail arasında gərginliyin artmasına münasibət bildirən dövlət başçısı vurğulayıb ki, son gərginlik regionu ciddi fəlakətlər və təhdidlərin astanasına gətirib.

“Bölgəmizin tarixi göstərir ki, müharibə heç vaxt arzulanan nəticə vermir. İranla problemlərin uzunmüddətli həlli yalnız diplomatiya və danışıqlar yolu ilə mümkündür”, – deyə o əlavə edib.

Ərdoğan ABŞ Prezidenti Donald Trampın çağırışlarına tərəflərin qulaq asacağına ümidvar olduğunu bildirib.

“Yaxın Şərqdə sülhün təmin olunması üçün biz də üzərimizə düşən addımları atmağa hazırıq”, – deyə siyasi lider vurğulayıb.

Türkiyənin bu proseslərdə iştirakı ehtimalı ilə bağlı suala cavabında isə Ərdoğan deyib: “Nə qədər ki, ölkəmiz hücuma məruz qalmayıb, belə bir şey mümkün deyil. Türkiyə öz regionunda sülh tərəfdarıdır”.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 İyun 2025 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri