Qəzzada uşaqları indi də “suçiçəyi” öldürür
Icma.az, Bakupost portalına istinadən məlumat verir.
Qəzzada ağır humanitar vəziyyət fonunda son iki həftə ərzində 9 min 300 suçiçəyi yoluxması qeydə alınıb.
“Bakupost” xəbər verir ki, BMT-nin məlumatına görə, bölgədə tibbi ləvazimatların təcili çatdırılmasına ehtiyac var. Əks halda xəstəliyin daha da yayılması və ölüm hallarının artması riski yüksəkdir.
Mütəxəssislər yoluxmaların artmasını dağıdılmış infrastruktur, həddindən artıq sıxlıq, təmiz su və gigiyena vasitələrinin çatışmazlığı, eləcə də yay istisi ilə əlaqələndirirlər. Humanitar təşkilatlar Qəzzaya tibbi və humanitar yardımın maneəsiz çatdırılmasına çağırır.
Məlumata görə, Qəzza əhalisinin təxminən 80 faizi – 1,7 milyon fələstinli təmiz su və əsas yaşayış şəraiti olmayan çadır düşərgələrində yaşayır. Kanalizasiya sisteminin sıradan çıxması, tullantıların yığılması və gigiyenik şəraitin pisləşməsi yoluxucu xəstəliklərin yayılma riskini artırır.
Röya Rizvanzadə,
BakuPost
Baxış sayı:66
Bu xəbər 14 İyul 2026 16:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















