Icma.az
close
up
RU
Suçiçəyi

Suçiçəyi

Icma.az, Saglamolun saytına istinadən bildirir.

Suçiçəyi xəstəliyini herpetik viruslardan biri törədir.

Xəstəliyin baş verməsi ehtimalı çox yüksəkdir. Praktik olaraq bütün insanlar uşaqlıqda bu infeksiyaya yoluxurlar. Xəstəlikdən sonra yaranan immunitet çox yüksək olur və adətən təkrar xəstələnmə halı olmur.

Xəstəliyin əvvəlində uşağın hərarəti qalxır, onun ümumi halı, iştahası və yuxusu pozulur. Sonra səpgi əmələ gəlir. Səpgi ilk əvvəl xırda qırmızı ləkə şəklində olur. Bir neçə saatdan sonra ləkə qabarcığa çevrilir. Qabarcıqlar 1-2 gündən sonra açılır və onların yerində qartmaq əmələ gəlir. Suçiçəyi qabarcıqları nəinki dərinin müxtəlif yerlərində, başın tüklü hissəsində, cinsi orqanlarda, həmçinin ağız və daxili orqanların selikli qişasında da əmələ gəlirlər.

Xəstəlik, adətən, yüngül keçir. İmmuniteti zəif olan, həmçinin digər ağır xəstəliklər keçirmiş uşaqlarda xəstəlik ağır formalarda keçə bilər.

Yoluxmuş uşaqların müalicəsi, adətən, ev şəraitində aparılır. Uşaqlara vitaminlərlə zənginləşdirilmiş pəhriz rejimi tətbiq edilir. Uşagın alt paltarlarını hər gün, yataq dəstlərini isə 1-2 gündən bir dəyişdirmək lazımdır. Onun dırnaqlarını qısa kəsmək, əllərini tez-tez yumaq məsləhət görülür. Uşağı çimizdirmək də olar, ancaq çiməndən sonra bədəni dəsmalla ehmalca qurulamaq lazımdır. Hər qida qəbulundan sonra uşaq ağız boşluğunu yaxşı qarqara etməlidir. Onun yataq otağının havasını tez-tez dəyişmək və hər gün nəm əsgi ilə təmizləmə işləri aparmaq lazımdır.

Dəridəki səpgilərə brilliant yaşılı (“zelyonka”) və ya kalium-permanqanat məhlulu (“marqantsovka”) sürtmək lazımdır. Bu, dəridəki qaşınmanı azaltmağa, qabarcıqların irinləməsinin qarşısını almağa, onların tez quruyaraq yerində qartmaq əmələ gəlməsinə kömək edir.

Ağız boşluğunun selikli qişası Kastellani məhlulu ilə silinir. Qızların cinsi üzvlərinin selikli qişasının zədələnməsi zamanı həmin sahələri tez-tez yumaq, hər gün kalium-permanqanat məhlulla (“marqantsovka”) su vannaları etmək, daha sonra isə cinsi dodaqlar arasına çaytikanı yagı və ya həkim tərəfindən məsləhət görülən digər dərman preparatı ilə isladılmış tənzif qoyulması lazımdır.

Müalicə zamanı antibiotiklərdən istifadə edilməsinə, yalnız çox nadir hallarda baş verən fəsadlar zamanı icazə verilir.

Sağalma xəstəliyin başladığı gündən etibarən 10 gündən tez olmayaraq baş verir. Sağalmadan 1,5-2 həftə ərzində uşağın immun sistemi bir qədər zəiflədiyi üçün onu bir müddət qorumaq (soyuqdəymədən və s.), uşaq bağçası və ya məktəbə getməsinə icazə verməmək lazımdır.

Hal hazırda suçiçəyinə qarşı peyvənd üçün vaksin hazırlanmışdır. Lakin bu peyvənd hələ ki, uşaqlar üçün mütləq hesab edilən peyvəndlər siyahısına daxil edilməmişdir.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri