Icma.az
close
up
RU
Qəzzanın İsrailə birləşdirilməsi Trampın hazırladığı planın tərkib hissəsir TƏHLİL

Qəzzanın İsrailə birləşdirilməsi Trampın hazırladığı planın tərkib hissəsir TƏHLİL

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İsrail Qəzza zolağında genişmiqyaslı quru əməliyyatı planlaşdırır. Bu məlumatı "Wall Street Journal" mənbələrə istinadən yayıb. Nəşrin yazdığına görə, İsrail rəhbərliyi hesab edir ki, Fələstin anklavının əhəmiyyətli hissəsinin ələ keçirilməsi və saxlanması ona radikal HƏMAS hərəkatı üzərində yekun qələbəyə nail olmağa imkan verəcək. İsrailin baş naziri Benyamin Netanyahu və onun yaxın ətrafı hesab edir ki, Amerikanın yeni administrasiyasının dəstəyi və Livanda şiə Hizbullah təşkilatının zəifləməsi ilə İsrail ordusu bu cür hərbi əməliyyatlar keçirmək üçün kifayət qədər imkanlara malikdir.


Politoloq Zeynal Əmralıyev "Sherg.az"a deyib ki, həqiqətən də mövcud geosiyasi vəziyyət İsrailə əməliyyatı uğurlu şəkildə keçirməyə imkan verir.


Siyasi ekspert vurğulayıb ki, ilk növbədə İsrail öncədən keçirdiyi əməliyyatda Həmas və Hizbullah komandınlıqlarını sıradan çıxarıb: 

"Hazırda hər iki təşkilat olduqca zəifdir və onların müqavimət gücü yox dərəcəsindədir. ABŞ-də Donald Trampın hakimiyyətə gəlməsi Benyamin Netanyahu hökumətinə Yaxın Şərqdə sərbəst hərəkət imkanı verir. Co  Baydendən fərqli olaraq yeni administirasiya İsraili sorğusuz şəkildə dəstəkləyir və onun bütün hərəkətlərinə haqq qazandırır. Digər bir məsələ isə Trampın İrana qarşı sərt mövqe nümayiş etdirməsidir. ABŞ İrana nüvə məsələsi ilə bərabər həm də Yaxın Şərqdəki proksi qüvvələrinə yardım etməmək barədə təzyiqlər edir. Məsud Pezeşkian hökuməti daxilindəki bütün etirazlara baxmayaraq, ABŞ ilə toqquşmada maraqlı deyil. Buna görə maksimum şəkildə Trampı qıcıqlandıracaq davranışlardan qaçmağa çalışır. İsraili rahatladan digər önəmli bir məqam isə Suriyada Əsəd rejiminin çökməsidir. İran məhz Suriya vasitəsi ilə Həmas və Hizbullaha silah təchizatını həyata keçirirdi. İndi bu məsələdə çətinlik olduğu üçün Netanyahu hökuməti vəziyyətdən istifadə etmək istəyir".


Z.Əmralıyev hesab edir ki, İsrailə hazırda problem yaradan əsas qüvvə husilərdir: 

"Ehtimal ki, ABŞ yaxın zamanda husilərə qarşı yeni əməliyyatlara start verəcək. İsrailin növbəti əməliyyatı  keçirməkdə əsas məqsədi Həmas və Hizbullahı bitirməkdirsə,  digər məsələ isə  Qəzzadan insanların köçməsini təmin etməkdir. Qəzzanın boşalması, insanların qonşu ölkələrə köç etməsi hazırda ABŞ və İsrailin əsas məqsədidir. Bununla vilayətin tamamilə sökülməsi, daha sonra onların yerində yeni yaşayış məskənlərin salınması və burda yəhudilərin yerləşdirilməsi, bununla da Qəzzanın İsrailə birləşdirilməsi Trampın hazırladığı planın tərkib hissəsir. Bütün bunlara görə yaxın zamanda Qəzzadan Misir və İordaniyaya kütləvi insan köçünün yaşanması istisna edilmir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Mart 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see205

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see195

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see174

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see144

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see131

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see126

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri