Icma.az
close
up
RU
Menu

ABB də pulu qalan müştərinin üsyanı

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Yenidən məhkəmədə üz üzə gələcəklər

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Trampın siyahısı TƏHLİL

Trampın siyahısı TƏHLİL

Icma.az, Azvision saytına istinadən bildirir.

Ancaq burada bir sıra nüanslar var. Əvvəla, Tramp Ağ Evdə hələ yeni fəaliyyətə başlayanda yazmışdım ki, yeni rüsumların tətbiqi heç də asan məsələ deyil. Qarşı tərəfdəki ölkələr heç bir cavab tədbirinə əl atmasalar belə, Trampın bu siyasəti ABŞ üçün fəsadlar yarada bilər. Çünki istənilən yeni rüsum avtomatik inflyasiya deməkdir. Bu isə iqtisadi artımı buxovlayır. Məsələn, ABŞ iqtisadiyyatı keçən il 2.8% artım nümayiş etdiribsə, bahalı idxal bunu cari ilin sonuna azı 1.5%-ə, növbəti ildəsə ən yaxşı halda 2.1%-ə endirə bilər.
İkincisi, iqtisadiyyatın öz qanunları var və prezident Tramp özü iş adamı olduğundan onları yaxşı bilir. Gözəl başa düşür ki, istənilən istiqamətdə rüsum artımı qiymət yüksəlişinə gətirib çıxarır, nəticədə inflyasiya baş verir. Ümumiyyətlə, qarşılıqlı alış-veriş və ticarət əlaqələrində üstün mövqeyə sahib olmaq üçün idxalı məhdudlaşdırmaq yox, ixracı stimullaşdırmaq lazımdır.

Məsələ bundadır ki, ABŞ əksər ticarət tərəfdaşları ilə alış-verişdə xeyirdən çox zərər əldə edir. Yəni, bütün əsas tərəfdaş ölkələrlə ticarətdə mənfi saldoya, başqa sözlə desəm, kəsirə sahibdir. Konkret Aİ ilə bu rəqəm 350 milyard dollar təşkil edir. "Onlar bizim avtomobilləri, kənd təsərrüfatı məhsullarını qəbul etmirlər. Demək olar, heç nəyimizi qəbul etmirlər, biz isə onların hər şeyini qəbul edirik - milyonlarla avtomobildən tutmuş, külli miqdarda ərzaq və kənd təsərrüfatı məhsullarına kimi", - deyə Tramp Avropa Birliyi ilə mövcud ticarət əlaqələrindən şikayət etmişdi.
Odur ki, əsas dava əslində, Çin başda olmaqla Aİ, Kanada, Meksika kimi ölkələrlədir. Yeni tariflərin tətbiqi haqda qərarın dünyada mövcud 200 ölkədən 183-nə qarşı qəbulu isə sadəcə olaraq, gözdən pərdə asmaq üçündür. Bunun “güdazına gedənlərdən” biri də bizik.
Bir sözlə, ABŞ Prezidentinin tarif siyasəti əslində, başadüşüləndir. O bununla Amerika iqtisadiyyatı və bazarını mühafizə etməyə cəhd göstərilir. Məqsəd odur ki, büdcəyə gəlirlər artsın və yerli istehsal genişlənsin. İxracatçı ölkələrin Amerika bazarından yararlanmasının qarşısı alınsın. Çin, Aİ və bir sıra aparıcı ölkələrin nəhəng şirkətlərinin ayrıca qolları sırf bu bazar üçün işləyir. Yaponiyanın avtomobil istehsalçılarını götürək. “Nissan” şirkətinin “İnfiniti” seqmenti ABŞ bazarı üçündür. “Toyota”nın “Leksus”, “Honda”nın “Acura” və sair modelləri də həmçinin. Avropa ölkələrinin bir sıra məşhur brendləri də... Sözün qısası, ABŞ iqtisadiyyatı dünya iqtisadiyyatı üçün barometrdir.
Ancaq, Tramp istəyinə nail olacaqmı? Xeyr! Odur ki, tarif siyasətində bir sıra istiqamətlərdə geri çəkiləcəyi qaçılmaz görünür. Amerika bazarına giriş məhdudlaşdırılarsa, qlobal istehsal dayanacaq, “tıxac” yaranacaq, axın dirənəcək. Nəticədə dünya ölkələrində iqtisadi artım səngiyəcək, tənəzzül ortaya çıxacaq. Qiymətlər qalxacaq, alıcılıq qabiliyyəti aşağı düşəcək və bütün sahələrdə durğunluq yaranacaq. Bunların da hamısı bumeranqa çevrilərək ABŞ-nin öz üzərinə qayıdacaq.
Bu bazara girişi necə məhdudlaşdırmaq olar?! Həmin ölkələrdə istehsalın zəifləməsi ABŞ iqtisadiyyatına səmərə gətirə bilərmi? Tutaq ki, bütün bunların nəticəsində neft və qaz ucuzlaşdı. Bu, dolayı yolla dolları möhkəmləndirəcək. Nəticədə ABŞ daha çox ziyan çəkəcək. Beləliklə də, dünya iqtisadiyyatı resepsiya ilə üz-üzə qalacaq.
Ölkəmizə gəldikdə isə, Tramp Azərbaycandan idxala 10% rüsum tətbiq edib. Ancaq bu, gülüncdür. Çünki ölkəmiz ABŞ-dən daha çox idxal edir, nəyinki ixrac həyata keçirir. ABŞ bazarı olmasın, başqa bazar olsun. Problem bunda deyil. Bizim üçün gözlənilən təhlükə ondan ibarətdir ki, beynəlxalq bazarlarda ciddi bahalaşma yaranacaq. Enerji daşıyıcılarının qiymətləri düşəcək. Qlobal miqyasda ciddi inflyasiya dalğası ortaya çıxacaq. Bizim bazarsa idxaldan asılı vəziyyətdədir.

Pərviz Heydərov
Azvision.az üçün
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://azvision.az
archiveBu xəbər 05 Aprel 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1452

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see722

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see510

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see496

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see485

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see458

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see421

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see413

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see357

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see335

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see314

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see307

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see306

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see297

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see295

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see282

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see282

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see282

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see280

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see268
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri