Icma.az
close
up
RU
QHT Agentliyi 5 illik fəaliyyətin hesabatını verdi

QHT Agentliyi 5 illik fəaliyyətin hesabatını verdi

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Aprelin 17-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində qurumun 5 illik fəaliyyətinə dair mətbuat konfransı keçirilib.

Modern.az-ın məlumatına görə, QHT Agentliyinin Müşahidə Şurasının sədri Fuad Məmmədov bildirib ki, bir neçə ay bundan əvvəl Prezident İlham Əliyevin qurumun fəaliyyətinin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi fərman və sərəncamlarda dəyişiklik edilməsi haqqında imzaladığı Fərman QHT sektorunda genişmiqyaslı islahat proqramıdır: “Bu o deməkdir ki, QHT Agentliyinin 2023-cü ilin sentyabrından tətbiq olunan yeni qrant modeli və onun real nəticələri təqdir edilib, bu modelin bütün respublika üzrə tətbiqinə qərar verilib. QHT-lərə dövlət dəstəyinin "bir pəncərə"li yeni mexanizmi bütövlükdə QHT sektorunun inkişafında keyfiyyətcə tam yeni mərhələ açır. QHT Agentliyi bu Fərmanla ilk dəfə tənzimləyici orqana çevrilib. Bu inam və etimadı layiqincə doğrultmaq üçün Agentliyin bütün komandası var gücünü səfərbər edəcək”.

Fuad Məmmədov vurğulayıb ki, hazırda "Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi" informasiya sisteminin fəaliyyətə başlaması üçün gərgin iş aparılır. Bu Sistem dövlət qurumları arasında QHT-lərin bütün növ maliyyələşdirilməsinə dair koordinasiyanın güclənməsinə, vahid databaza və uçotun yaranmasına, milli prioritetlərə uyğun səpkidə mövzuların bölüşdürülməsinə, prosesin "bir pəncərə" əsasında təşkilinə və idarə edilməsinə, QHT fəaliyyətlərinin daha səmərəli, ölçüləbilən, nəticəyönümlü olmasına xidmət edəcək.

QHT Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva qurumun fəaliyyətinə dair statistik göstəriciləri diqqətə çatdırıb və inkişaf prosesinin davam etdiyini vurğulayıb: “Cənab Prezidentin fərman və sərəncamlarından, müvafiq dövlət proqramlarından irəli gələn tapşırıqların Agentlik tərəfindən icra səviyyəsi 2022-ci ildə 86%, 2023-cü ildə 88%, 2024-cü ildə 97%, 2025-ci ildə isə 98.5% təşkil edib. 2024-cü ildə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə Azərbaycan QHT-lərinin 7 xarici ölkədə 25 tədbiri baş tutub. 2025-ci ildə isə rekord qeydə alınıb, 17 fərqli ölkədə 43 tədbir keçirilib. Azərbaycan QHT-lərinin dünyaya bu cür açılması ilk dəfə baş verir. Bakının 116 ölkədən QHT-lərin təmsil olunduğu Qlobal Cənub QHT Platforması kimi nəhəng təsisatın, 8 ölkəni birləşdirən Türk Dövlətləri Təşkilatına üzv Ölkələrin QHT Platforması kimi regional qurumun daimi mənzil qərargahına çevrilməsi bu prosesdə mühüm rol oynayıb”.

Agentliyin departament müdiri Fuad Rzazadə QHT Agentliyinin müsabiqələrinə ilbəil müraciətlərin yüksəlməsinin qeydə alındığını açıqlayıb: “2024-cü il üzrə müsabiqələrə 779 təşkilat maraq göstərmişdisə, 2025-ci il üzrə bu rəqəm 915, 2026-cı il üzrə 981 olub. Son illər QHT-lərin komanda işi qurmaq, uğurlu ideya tapmaq, onu cəlbedici layihəyə çevirmək, media ilə işləmək vərdişləri güclənir, layihələrdə maliyyə və icra intizamı artır”.

Mətbuat konfransında həmçinin məlumat verilib ki, 2026-cı ilin sentyabrında Gəncə şəhərində Azərbaycan QHT-lərin Əməkdaşlıq Forumu keçiriləcək.

Toplantıda QHT Agentliyinin tam yeni tərtibatda internet səhifəsi (ngoagency.gov.az) də ictimaiyyətə təqdim olunub. Qurumun informasiya-kommunikasiya məsələləri üzrə meneceri Fatimə Bayramlı yenilənmiş səhifənin özəllikləri barədə təqdimatla çıxış edib.

Daha sonra media nümayəndələri “Açıq Qapı” formatında Agentliyin iş fəaliyyəti ilə yerində tanış olub.

QHT Agentliyi 2021-ci il aprelin 19-da Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Aprel 2026 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri