QHT Agentliyi Keniyada Afrika Şəhərsalma Forumunda (Africa Urban Forum) təmsil olunur
Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu gündən Keniyanın paytaxtı Nayrobidə II Afrika Şəhərsalma Forumu (AUF2) işə başlayıb.
Newscenter.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun nümayəndələri – Samir Məmmədov, Şəbnəm Məhərrəmova, WUF13 Təşkilat Komitəsinin üzvü, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva, Agentliyin əməkdaşı Nilufər Əhmədova da Forumun işində iştirak edir.
Forum "Hər kəs üçün layiqli ev: 2063 hədəflərinin həyata keçirilməsi istiqamətində sosial-iqtisadi və ekoloji transformasiyanın təşviqi" mövzusuna həsr olunub və aprelin 10-dək davam edəcək.

Afrika Şəhərsalma Forumuna Qlobal Cənub QHT Platformasının müvəqqəti Baş katibi Ramil İskəndərli, bu Platformanın Katibliyinin təmsilçisi Fuad Kərimli, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədr müavini Nədimə Rəhimli də qatılıb.
Forum çərçivəsində Azərbaycan QHT-ləri tərəfindən yan tədbirin təşkili də gözlənilir.
Süleyman
Bu mövzuda digər xəbərlər:Afrika Şəhərsalma Forumunda təmsilçiliyi uğurla yekunlaşıb KONKRET
10 Aprel 2026 18:51
Azərbaycan nümayəndə heyəti Afrika Şəhərsalma Forumunda iştirak edir KONKRET
08 Aprel 2026 12:05
Qlobal Cənub QHT Platforması II Afrika Şəhərsalma Forumunda (AUF2) yan tədbir təşkil edib FOTO
10 Aprel 2026 23:11
Azərbaycan şirkətləri “Africa CEO Forum 2025”də təmsil olunacaq
03 Mart 2025 17:59
Bolqarıstan Dünya Şəhərsalma Forumunda yüksək səviyyədə təmsil olunacaq
14 Fevral 2026 14:10
Baxış sayı:134
Bu xəbər 08 Aprel 2026 15:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















