Azərbaycan nümayəndə heyəti Afrika Şəhərsalma Forumunda iştirak edir KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Nayrobi şəhərində keçirilən İkinci Afrika Şəhərsalma Forumunda (AUF2) iştirak edir.
KONKRET.az xəbər verir ki, Keniya Hökumətinin ev sahibliyi və Afrika İttifaqının dəstəyi ilə keçirilən Forum 10 aprel tarixinədək davam edəcək. Builki Forum “Hər kəs üçün layiqli mənzil: Gündəlik 2063-ün həyata keçirilməsi istiqamətində sosial-iqtisadi və ekoloji transformasiyanın təşviqi” mövzusuna həsr olunub. Tədbir şəhərsalma və şəhərlərin davamlı inkişafı sahəsində regionun əsas müzakirə platformalarından biri hesab olunur.
Nümayəndə heyətinin Forum çərçivəsində yüksək səviyyəli görüşlərdə və sessiyalarda iştirakı planlaşdırılır. Forumun gündəliyinə uyğun olaraq ölkəmizin nümayəndə heyətinin rəhbəri Anar Quliyev BMT-nin Məskunlaşma Proqramı Assambleyasının “Hər kəs üçün münasib mənzil” qətnaməsi üzrə 2025–2026-cı illər üçün Hökumətlərarası İşçi Qrupun həmsədri qismində məruzə ilə çıxış edəcək.
Keniyaya səfər çərçivəsində Komitə sədri digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələri ilə bir sıra işgüzar görüşlər keçirəcək. Bu görüşlər zamanı aktual məsələlərlə yanaşı, Bakı şəhərində cari ilin 17-22 may tarixlərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq barədə də məlumat veriləcək. Eyni zamanda, Afrika regionunun media nümayəndələri üçün ayrıca brifinq və tədbirin keçirildiyi məkanda WUF13-ün sərgi guşəsi təşkil olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 08 Aprel 2026 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















