QHT lər saxta medalları nə məqsədlə paylayır? VİDEO KONKRET
Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.
“Azərbaycan ordusunun 100 illiyi” yubiley medalı, “Milli ordunun 100 illiyi” medalı…
KONKRET.az xəbər verir ki, adları arasında fərq az olsa da, hüquqi statusları arasındakı fərq yerlə-göy qədərdir.
Bundan başqa, “Vətən müharibəsi iştirakçısı” medalı, “Müharibə iştirakçısı” medalı. Bu medallarda da vəziyyət eynidir. Biri dövlət tərəfindən təsis olunub, digəri hansısa QHT tərəfindən.
QHT-lərin payladığı medalların siyahısı bununla da bitmir. “Böyük Zəfər” xatirə medalı, “Müharibə veteran” medalı, “Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin 25 illik yubiley medalı” …
Bəzi QHT-lər tərəfindən Vətən müharibəsi ilə bağlı dövlətin və ya hansısa dövlət qurumunun təsis etdiyi medalın adına oxşar medallar təsis edilib və öz maraqları üçün istifadə olunur.
Daha doğrusu, son illərdə bəzi QHT-lər tərəfindən belə medallar təsis olunaraq bir gün belə müharibədə iştirak etməyən şəxslərə nəyinsə müqabilində verdiyi iddia edilir. Hətta o da qeyd olunur ki, “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyi bu sahədə, necə deyərlər, ad çıxarıb.
Burada sual yaranır: QHT-lər heç bir hüquqi əsası olmayan medalları niyə hazırlayırlar və məqsədləri nədir?
Daha ətraflı videomaterialda:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 10 Sentyabr 2025 21:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















