Icma.az
close
up
RU
18 ölkədən QHT lər “WUF13” QHT koalisiyası yaradıb

18 ölkədən QHT lər “WUF13” QHT koalisiyası yaradıb

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2025-ci il martın 12-də Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə “WUF13 QHT Koalisiyası” təsis olunub.

"Cebheinfo.az" xəbər verir ki, hibrid formatda keçirilən təsis konfransına 18 ölkədən 25 xarici QHT qatılıb.

Azərbaycan tərəfini Koalisiyada milli QHT-lərin flaqmanı olan Azərbaycan Milli QHT Forumu təmsil edib.

Forumun İdarə Heyətinin sədri Ramil İskəndərli Azərbaycanın təşəbbüsünə çevik reaksiya verdikləri, yaxından əməkdaşlığa hazır olduqları üçün xarici QHT təmsilçilərinə təşəkkür edib.

İsveçrənin “Fabulous Urban” təşkilatından Fabienne Hoetzel, “ITA-AITES” təşkilatından Mahak Agrawal, Pakistanın “Road and Belt Foundation” təşkilatından Qaiser Nawab, Niderlandın “Fossil Fuel Non Proliferation Treaty İnitiative” təşkilatından Lucas Snaije, İspaniyanın “United Cities and Local Governments” təşkilatından Albert Llado Romero, Fransanın “Eco Maires” təşkilatından Loranne Knisy, Keniyanın “Wote Youth Development” təşkilatından Peter Ngola Owiti, Nigeriyanın “Afrihealth Optonet Association” təşkilatından Uzodinma Adireje, İspaniyanın “CarFree Cities Alliance” təşkilatından Shail Sathi və Justin Hyat, Britaniyanın “Architecture Sans Frontiers” təşkilatından Beatrice De Carli, Braziliyanın “Global Cities Synthesis Center” təşkilatından Kelly Komatsu, Serbiyanın “Placemaking Western Balkans” təşkilatından Milena Ivkovic, Belçikanın “BIDS” təşkilatından Rozinna Spinnoy, Liberiyanın “Liberia Youth for Climate Actions”dan Ezekiel Nyanfor, Niderlandın “Archis” təşkilatından Lilet Breddels, İtaliyanın “City Space Architecture” təşkilatından Vija Viese, Benindən “Future for future” təşkilatından Salem Ayenan, Hindistanın “UDYAMA” təşkilatından Pradeep Mohapatra, “SAFETIPIN” təşkilatından Kalpana Viswanath, “Reddot Foundation”dan Tania Echaporia və digərləri “WUF13 QHT Koalisiyası” ilə əlaqədar fikir mübadiləsində iştirak ediblər.

BMT Cenevrə Mərkəzinin ağıllı və dayanıqlı şəhərlər üzrə direktoru, İsveçrənin “Futures Hub 4 Sustainability” təşkilatının rəhbəri, professor Alexandr Hedjazi çıxışında vətəndaş cəmiyyətinin şəhərsalma proseslərində fəal yer aldığını bildirib və “WUF13 QHT Koalisiyası”nın işinə uğurlar arzulayıb. Görüşdə suallar cavablandırılıb, təkliflər müzakirə olunub. Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü, deputat Pərvanə Vəliyeva bildirib ki, Koalisiya müntəzəm görüşlər keçirəcək.

Təsis konfransına qonaqlar qismində BMT-nin Məskunlaşma Proqramının (UN Habitat) Azərbaycan üzrə nümayəndəsi Anna Soave, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini Gülşən Rzayeva, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin əməkdaşı Elçin Hacıyev də qatılıb.

Qeyd edək ki, bu yaxınlarda Azərbaycan Milli QHT Forumu 2026-cı ildə Bakıda keçiriləcək 13-cü Dünya Şəhərsalma Forumunda (WUF13-də) iştirakı planlaşdırılan xarici QHT-lərin koalisiyasının yaradılması təşəbbüsü ilə çıxış etmişdi. Bu məqsədlə 3 ölkədən - İsveçrə, İtaliya, Benindən olan QHT-lərlə 2025-ci il fevralın 28-də onlayn görüş təşkil olunmuş, ilkin məsləhətləşmələr aparılmışdı. Həmin görüşdə 2024-cü ildə Misirin paytaxtı Qahirə şəhərində keçirilmiş WUF12 Forumunda iştirak etmiş QHT-lər Azərbaycan QHT-lərinin təşəbbüsünü yüksək qiymətləndirmişdi.

Xatırladaq ki, yenidən təşkilatlanan Azərbaycan Milli QHT Forumu 2024-cü ildən beynəlxalq platformaya çevrilməyə başlayıb. Forum 2024-cü ildə COP29 QHT Koalisiyasını təsis edib, bu platformada 100-ə yaxın ölkədən 500-dən çox QHT toplaşıb.

"Cebheinfo.az" 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:324
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Mart 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri