Icma.az
close
up
RU
QHT lər üçün yeni müsabiqə elan edildi

QHT lər üçün yeni müsabiqə elan edildi

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondu mina və partlamamış hərbi sursatlar probleminə dair təşəbbüslərlə əlaqədar birgə qrant müsabiqələri elan edib. Müsabiqənin tərəfdaşı Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyidir (ANAMA).

Modern.az axəbər verir ki, müsabiqəyə müraciətlər 07.10.2025 – 07.11.2025 tarixlərində qəbul olunacaq.

• QHT-lər layihə təkliflərini Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin saytında xüsusi bölmə vasitəsilə elektron qaydada təqdim etməlidir (müvafiq bölmə yuxarıda qeyd olunan müddət ərzində bu Agentliyin //ngoagency.gov.az/az portalında (e-ərizə bölməsi) aktiv olacaq);

• Şəxsən, poçtla və ya e-poçt vasitəsilə təqdim olunan layihə təkliflərinə dair sənədlər qəbul olunmur.

Nəticələrin elan edilməsi:

Sənəd qəbulu bitdikdən sonra QHT-lərin təqdim etdiyi layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək və qaliblər müəyyənləşdiriləcək. Müsabiqənin nəticələri 2026-cı ilin I rübü ərzində elan olunacaq.

Qrant məbləğlərinin yuxarı həddi və icra müddəti:

• Kiçik qrant üzrə: 15000 manat (icra müddəti 6 ayadək);

• Orta qrant üzrə: 30000 manat (icra müddəti 9 ayadək);

• Böyük qrant üzrə: 50000 manat (12 ayadək).

Müsabiqə mövzuları:

Təqdim edilən layihələr aşağıdakı mövzulardan birini əhatə etməlidir:

1. İşğaldan azad edilmiş ərazilərdə, xüsusən keçmiş təmas xəttinin yaxınlığında məskunlaşmış vətəndaşlar (burada daimi yaşayan, işləyən və ya təhsil alan şəxslər daxil olmaqla) arasında mina və partlamamış hərbi sursatlar (bundan sonra - PHS) təhlükəsi ilə bağlı maarifləndirmə işlərinin aparılması;

2. Mina və PHS-dən zərərçəkənlərin cəmiyyətə reinteqrasiyasına dəstək;

3. İşğaldan azad edilmiş ərazilərdə mina və PHS təhlükəsi ilə bağlı risklərin dəyərləndirilməsi;

Təqdim olunmalı sənədlər:

QHT-lər müsabiqədə iştirak üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 sentyabr 2023-cü il tarixli, 327 nömrəli Qərarına uyğun olaraq aşağıdakı sənədləri təqdim etməlidirlər:

• layihə təklifi (kiçik, orta, böyük);

• layihənin icra planı;

• layihənin xərclər smetası;

• layihə büdcəsinin maliyyə əsaslandırılması (orta və böyük qrant müsabiqələrinə təqdim edilən layihələrə münasibətdə);

• QHT-nin nizamnaməsinin, qeydiyyat şəhadətnaməsinin və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının surətləri;

• QHT-nin vergi uçotu haqqında şəhadətnaməsinin surəti;

• QHT-nin səlahiyyətli nümayəndəsinin şəxsiyyətini təsdiq edən sənədin surəti;

• qrant məbləğinin köçürüləcəyi QHT-nin bank hesabı barədə məlumatlar;

• orta və böyük qrant müsabiqələrinə münasibətdə layihə təqdim edən QHT-nin Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə, habelə bələdiyyələrə qrant verə bilən qurumların siyahısı”nda nəzərdə tutulan qurumlardan qrant alıb-almaması haqqında məlumat;

• orta qrant müsabiqəsinə münasibətdə layihə təqdim edən QHT-nin son 3 il ərzində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə azı 10 fərqli informasiyanın media subyektlərində yayılmasını təsdiq edən sənəd;

• böyük qrant müsabiqəsinə münasibətdə layihə təqdim edən QHT-nin son 5 il ərzində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə azı 20 fərqli informasiyanın media subyektlərində yayılmasını təsdiq edən sənəd.

Aşağıdakı layihələr müsabiqəyə buraxılmır:

• Məzmunu Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Qanunları və digər normativ hüquqi aktları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 sentyabr 2023-cü il tarixli 327 və 328 nömrəli Qərarları ilə ziddiyyət təşkil edən layihələr;

• Əvvəllər keçirilən müsabiqələrin nəticələrinə görə dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilmiş eyni məzmunlu layihələr;

• QHT-nin nizamnamə məqsədlərinə uyğun olmayan layihələr;

• Qrant müqaviləsi üzrə öhdəliklərini pozduğuna görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən müsabiqədə iştirak hüququndan məhrum edilmiş QHT-lərin layihələri;

• Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əvvəlki qrant müsabiqələrində qalib olan, öhdəliyi yerinə yetirməyən və debitor borcu olan QHT-lərin layihələri.

Qiymətləndirmə meyarları:

Texniki ekspertizadan keçdikdən sonra layihələr münsiflər tərəfindən aşağıdakı meyarlar üzrə 100 ballıq sistem üzrə qiymətləndiriləcək:

• layihənin məqsədinin aydınlığı;

• layihənin innovativliyi;

• layihənin icra müddətinin əsaslandırılması və davamlılığı;

• layihənin büdcəsinin qrant məbləğinə uyğun olması;

• QHT-nin və işçi heyətin müvafiq layihə mövzusuna uyğun təcrübəsi;

• layihə üzrə risklərin təhlili;

• layihə üzrə benefisiarların düzgün müəyyən edilməsi;

• layihənin icrası zamanı müvafiq tərəfdaşlarla və media ilə əməkdaşlıq;

• QHT-nin təqdim etdiyi layihə mövzusunun nizamnamə məqsədlərinə uyğunluğu;

• layihədən gözlənilən nəticələr.

Müsabiqə üzrə tələblər və üstünlük verən meyarlar:

• Layihəyə minadan zərərçəkən (xüsusən əvvəl minaaxtaran işləmiş) şəxslərin cəlb olunması;

• QHT-nin seçdiyi mövzuya uyğun təcrübəyə (əvvəl bu istiqamətdə azı 3 layihə icra etməsi) malik olması;

• QHT-nin seçdiyi mövzuya uyğun fəaliyyət istiqamətində minatəmizləmə sahəsi üzrə səlahiyyətli dövlət qurumları və ya beynəlxalq qurumlar ilə əməkdaşlıq təcrübəsinə malik olması;

• Maarifləndirməyə dair layihə üzrə təlim proqramının təqdim olunması;

• Təklif olunan layihədə iştirakı nəzərdə tutulan təlimçilərin müvafiq sahə üzrə yerli və ya beynəlxalq standartlara uyğun olaraq verilən sertifikatlar, yaxud ona bərabər tutulan digər sənədlərə malik olması;

• Layihənin icra planında əhatə olunan ərazilərin (rayon, şəhər, kənd) və lokasiyaların (məktəb, klub, digər binalar), eyni zamanda icra cədvəlinin dəqiq müəyyən olunması.

Tövsiyə:

QHT geniş seçim imkanına malikdir, layihə təklifinin kiçik, orta, yoxsa böyük qrant müsabiqəsinə uyğunluğunu özü sərbəst müəyyən edir, hətta bütün müsabiqələrə uyğun fərqli layihələr təqdim etməkdə məhdudiyyət yoxdur. Lakin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi eyni QHT-nin təqvim ili ərzində kiçik, orta və böyük qrant müsabiqələri üzrə yalnız 1 layihəsini maliyyələşdirilə bilər. QHT-nin seçimini düzgün aparması, 1 layihə təklifi üzrə kiçik, orta və böyük qrant müsabiqələrindən yalnız birinə müraciət etməsi tövsiyə edilir.

Əlaqə vasitələri:

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi,

Yasamal rayonu, Hüseyn Cavid prospekti, 520-ci məhəllə, ev 20.

[email protected]

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 Oktyabr 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see324

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see321

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see314

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see282

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see277

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see269

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see264

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see260

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see258

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see251

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see232

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see231

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see230

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see228

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see225

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see220

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see217

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see213

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri