Icma.az
close
up
RU
QHT lər üçün daha bir müsabiqə elan olundu

QHT lər üçün daha bir müsabiqə elan olundu

Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondu “Azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma və icma həyatına dəstək” mövzusunda QHT-lər üçün birlikdə qrant müsabiqəsi elan edir.
Newscenter.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondu “Azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma və icma həyatına dəstək” mövzusunda QHT-lər üçün birlikdə qrant müsabiqəsi elan edir. Müsabiqə üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbuluna 2026-cı il oktyabrın 26-da başlanacaq. Müraciət üçün son tarix 2026-cı il noyabrın 20-sidir. Sənəd qəbulu başa çatdıqdan sonra QHT-lərin təqdim etdiyi layihə təkliflərinə dair sənədlərin texniki ekspertizası aparılacaq, layihələr qiymətləndiriləcək, qaliblər müəyyənləşdiriləcək və adları elan ediləcək.
Qrant məbləğlərinin yuxarı həddi:
Kiçik qrant müsabiqəsi – Müsabiqə üzrə qrant məbləğinin yuxarı həddi 30 000 (otuz min) manat;
Böyük qrant müsabiqəsi – Müsabiqə üzrə qrant məbləğinin yuxarı həddi 70 000 (yetmiş min) manatdır.
Müsabiqələr aşağıdakı mövzuları ehtiva edir:
Azad edilmiş ərazilərdə gənclərin rəqəmsal və kreativ bacarıqlarının inkişafı
(Azad edilmiş ərazilərdə yaşayan yeniyetmə və gənclər üçün fotoqrafiya, videoqrafiya, rəqəmsal məzmunun hazırlanması, media savadlılığı və süni intellekt alətlərindən praktik istifadə üzrə bacarıqların formalaşdırılmasına yönəlmiş təlim proqramları, kurslar və emalatxanaların təşkili üzrə layihələrə üstünlük verilir);
Qarabağ və Şərqi Zəngəzurda maddi və mədəni irsə dəyən zərərin, dağıntıların, quruculuq, bərpa, məskunlaşma işlərinin təqdimatı və bununla bağlı maarifləndirmə
(Sərgi və müvafiq təqdimatlara dair layihələrə üstünlük verilir);
İcma əsaslı sosial təşəbbüslər və inklüzivlik
(Məskunlaşmış əhalinin gündəlik həyat keyfiyyətinin yüksəldilməsinə, asudə vaxtının səmərəli təşkilinə, uşaqlar və yeniyetmələr üçün dərnəklərin açılmasına, qadınların sosial fəallığının artırılmasına, əlilliyi olan şəxslərin və digər həssas qrupların sosial həyata inteqrasiyasına, yeni salınmış yaşayış məntəqələrində yol hərəkəti qaydaları, piyadaların və sürücülərin təhlükəsiz davranışı ilə bağlı maarifləndirmə fəaliyyətlərinin həyata keçirilməsinə, ətraf mühitə həssas yanaşmanın təşviqinə, məişət tullantılarının idarə olunmasına, yaşıllaşdırma və ekoloji davranışların formalaşdırılması istiqamətində layihələrə üstünlük verilir);
Mina və partlamamış hərbi sursatlarla (PHS) bağlı risklərə dair ictimai maarifləndirmə (bu bənd üzrə tədbirlər ANAMA-nın tərəfdaşlığı ilədir)
(Minadan zərərçəkmiş şəxslərin və onların ailə üzvlərinin, əvvəllər minaaxtaran kimi çalışmış şəxslərin prosesə yaxından cəlb olunması ilə əhalinin mina və PHS təhlükəsi ilə bağlı maarifləndirilməsi, müvafiq davranış qaydaları barədə məlumatlandırılması, xüsusilə uşaqlar arasında mina və PHS ilə bağlı risklərin azaldılmasına yönəlmiş layihələrə üstünlük verilir);
Mədəni irsin qorunmasına ictimai dəstək və turizm potensialının təbliği
(Yerli icmaların mədəni irs obyektlərinin qorunmasına cəlb edilməsinə, ictimai nəzarət mexanizmlərinin təşviqinə, bölgənin turizm marşrutlarının tanıdılmasına və yerli sakinlər arasından bələdçilərin hazırlanmasına dair layihələrə üstünlük verilir).
Müsabiqə üzrə xüsusi tələblər:
Layihənin icra planında əhatə olunan yaşayış məntəqələrinin (rayon, şəhər, kənd), lokasiyaların (məktəb, klub, icma mərkəzi və digər binalar) və icra cədvəlinin dəqiq və aydın müəyyən edilməsi, tədbirlər nəzərdə tutulan yerlərin tabe olduğu qurumların rəhbərlikləri ilə bu barədə ilkin razılaşmaların əldə edilməsi;
Layihənin icrasına azad edilmiş ərazilərdə məskunlaşmış sakinlərin iştirakçı, könüllü və ya icraçı qismində cəlb olunması;
Layihə başa çatdıqdan sonra onun nəticələrinin davamlılığını təmin edəcək mexanizmin göstərilməsi;
Təlim və maarifləndirmə layihələri üzrə təlim proqramının təqdim olunması;
Layihədə iştirakı nəzərdə tutulan təlimçilərin müvafiq sahə üzrə yerli və ya beynəlxalq standartlara uyğun verilən sertifikatlara və ya onlara bərabər tutulan digər sənədlərə malik olması.
Aşağıdakı layihələr müsabiqəyə buraxılmır:
Əvvəllər keçirilən müsabiqələrin nəticələrinə görə dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilmiş eyni layihələr;
QHT-nin nizamnamə məqsədlərinə uyğun olmayan layihələr;
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2026-cı il 22 iyun tarixli 188 nömrəli qərarla təsdiq edilmiş Qaydasına müvafiq olaraq, müsabiqə üçün tələb olunan sənədlər:
layihə təklifi;
layihənin icra planı;
layihənin xərclər smetası;
layihə büdcəsinin maliyyə əsaslandırılması;
QHT-nin nizamnaməsinin, qeydiyyat şəhadətnaməsinin və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının surətləri;
QHT-nin vergi uçotu haqqında şəhadətnaməsinin surəti;
QHT-nin səlahiyyətli nümayəndəsinin şəxsiyyətini təsdiq edən sənədin surəti;
qrant məbləğinin köçürüləcəyi QHT-nin bank hesabı barədə məlumat;
kiçik qrant müsabiqəsinə münasibətdə QHT-nin son 3 il ərzində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə azı 10 fərqli məzmunlu informasiyanın media subyektlərində yayılmasını təsdiq edən sənəd;
böyük qrant müsabiqəsinə münasibətdə QHT-nin son 5 il ərzində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə azı 30 fərqli məzmunlu informasiyanın media subyektlərində yayılmasını təsdiq edən sənəd.
Texniki tələblər:
QHT-lər layihə təkliflərini Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin saytında xüsusi bölmə vasitəsilə elektron qaydada təqdim edir (müvafiq bölmə 2026-cı oktyabrın 26-dan noyabrın 20-dək Agentliyin elektron xidmətlər portalında (e-ərizə bölməsi) aktiv olacaq);
Şəxsən, poçtla və ya e-poçt vasitəsilə təqdim olunan layihə təkliflərinə dair sənədlər qəbul olunmur.
Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 26 Oktyabr 2026 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see653

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see324

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see313

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see306

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see303

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see301

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see286

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see274

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see269

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see260

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see251

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see245

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see237

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see237

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see237

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see234

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see233

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see231

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see229

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri