Icma.az
close
up
RU
QHT lərə dövlət dəstəyi yeni mexanizm əsasında aparılacaq

QHT lərə dövlət dəstəyi yeni mexanizm əsasında aparılacaq

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün Prezident İlham Əliyev Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətinin təkmilləşdirilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

XQ xəbər verir ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva dəyişiklikləri izah edib: “Hazırda dövlət büdcəsindən QHT-lərə vəsaitlər 2015-ci ildə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə, habelə bələdiyyələrə qrant verə bilən qurumlar”ın siyahısı üzrə 9 nazirlik (Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Gənclər və İdman Nazirliyi, Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi), digər 4 qurum (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, QHT-lərə Dövlət Dəstəyi Agentliyi, Dövlət Turizm Agentliyi, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya), o cümlədən bu siyahıda adı olmayan digər 3 qurum - Azərbaycan Respublikasının Gənclər Fondu, KOBİA və ƏƏSMN yanında Sosial Xidmətlər Agentliyi tərəfindən açılır. İndiyədək bu 16 qurumun QHT-lərlə işinin vahid koordinasiyası aparılmırdı, QHT-lərə dövlət dəstəyinin vahid databankı, təhlili yox idi. Bu isə müəyyən qədər pərakəndəliyə, müxtəlif dövlət qurumları tərəfindən bəzən eyni layihələrə görə təkrar vəsaitin ayrılmasına, dublikat, plagiat layihələrin maliyyələşdirilməsinə səbəb olurdu. Etiraf olunmalıdır ki, ötən 10 illik dövr dövlət büdcəsindən QHT-lərə vəsaitlərin bölüşdürülməsi mexanizminin özünü tam doğrultmadığını nümayiş etdirdi. Bundan sonra QHT-lərə dövlət dəstəyinin yeni mexanizmi işə düşəcək. Belə ki, yuxarıda adları sadalanan dövlət qurumlarının hər biri qeyri-hökumət təşkilatlarının müsabiqə yolu ilə və müsabiqədənkənar yolla, dövlət sifarişləri və subsidiya daxil olmaqla bütün növ maliyyələşdirilməsini “bir pəncərə” prinsipi əsasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birlikdə həyata keçirəcək”.

A.Əliyeva onu da bildirib ki, bu, dövlət büdcəsindən QHT-lərə ayrılan vəsaitlərin bir quruma ayrılması anlamına gəlmir: “Dövlət büdcəsindən QHT-lərə vəsaitlər yenə bu 16 dövlət qurumu tərəfindən veriləcək, lakin bütün bu qurumlar QHT-lərlə işi vahid qurumla - QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə sıx koordinasiya edəcək. Dövlət qurumlarının QHT-lər üçün müsabiqələri bundan sonra QHT Agentliyi ilə birlikdə elan etməsi, tərəflərin ekspertizanı kollegial aparması, nəticələri birlikdə ictimaiyyətə elan etməsi nəzərdə tutulur. Birlikdə keçirilmiş müsabiqənin qaliblərinə vəsaitlərin köçürülməsi, onlarla müqavilələrin bağlanması, bu layihələrin monitorinqi və hesabatlarının qəbulu ilə müvafiq dövlət qurumu yenə özü məşğul olacaq. Bütün təfərrüatlar 3 ay müddətdə işə düşəcək yeni qaydalarda əksini tapacaq. 6 ay ərzində isə “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi” informasiya sistemi fəaliyyətə başlayacaq”.

O deyib ki, yeni mexanizm koordinasiyanın güclənməsinə, vahid databaza və uçotun yaranmasına, milli prioritetlərə uyğun səpkidə mövzuların dövlət qurumları arasında bölüşdürülməsinə, prosesin “bir pəncərə” əsasında təşkilinə və idarə edilməsinə, QHT fəaliyyətlərinin daha səmərəli, nəticəyönümlü olmasına xidmət edəcək. “Dövlətimizin başçısının bu yüksək etimadını doğrultmaq üçün Agentlik bundan sonra da əzmlə çalışacaq”, - deyə icraçı direktor vurğulayıb.

A.Əliyeva onu da bildirib ki, 2026-cı il QHT sahəsində qanunvericiliyin də təkmilləşdirilməsi ili olacaq. Dövlətimizin başçısının müvafiq tapşırıqlarına uyğun olaraq, 6 ay ərzində qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflər hazırlanacaq. Bütün dəyişikliklər və yeniliklər QHT-lərlə iş sahəsində şəffaflığın, hesabatlılığın artırılmasına, kollegial qərarların qəbul olunmasına, sağlam mühitin gücləndirilməsinə yönəlib, QHT-lər bunun böyük faydalarını tezliklə hiss edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Dekabr 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see204

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see197

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see188

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see171

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see161

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see151

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see145

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see144

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see142

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see138

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see137

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see137

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see137

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri