Icma.az
close
up
RU
QHT lərə dövlət dəstəyində sistem dəyişikliyi mühüm yeniliklər vəd edir

QHT lərə dövlət dəstəyində sistem dəyişikliyi mühüm yeniliklər vəd edir

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Bu günlərdə Prezident tərəfindən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Fərman imzalanıb.  Fikrimcə, bu sənəd QHT-lərə dövlət dəstəyi sahəsində indiyədək mövcud olan mexanizmləri köklü şəkildə dəyişəcək. Yeni Fərmanla QHT Agentliyinin rolu əhəmiyyətli dərəcədə gücləndirilir.  Ən maraqlı məqamlardan biri isə ondan ibarətdir ki, indiyədək müxtəlif dövlət qurumları tərəfindən pərakəndə şəkildə həyata keçirilən maliyyələşmə mexanizmləri artıq vahid sistem daxilində əlaqələndirilir. Bundan sonra QHT-lərin bütün növ dövlət maliyyələşməsi “vahid pəncərə” prinsipi əsasında həyata keçiriləcək". 

Bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz 525.az-a 525.az-a söyləyib. O bildirib ki, müxtəlif nazirliklər, fondlar və agentliklər tərəfindən verilən qrantlar, subsidiyalar və dövlət sifarişləri QHT Agentliyi ilə birlikdə, uzlaşdırılmış qaydada icra olunacaq. 

Burada söhbət QHT-lərin maliyyələşməsinin mərkəzləşməsindən deyil, müxtəlif qurumlar tərəfindən verilən qrantların koordinasiyasından gedir: " “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi” vahid informasiya sisteminin yaradılması mühüm məsələdir. Sistemin sahibi və operatoru kimi QHT Agentliyi müəyyənləşdirilib. 

Bu sistem QHT-lərin indiyədək pərakəndə halda olan maliyyələşdirilməsi prosesini rəqəmsal müstəviyə daşıyaraq şəffaflığı, izlənə bilənliyi və institusional yaddaşı təmin edəcək. Təkrarlanan layihələrin qarşısının alınması, prioritetlərin daha dəqiq müəyyənləşdirilməsi və dövlət siyasətinin icrasının ölçülə bilməsi baxımından bu, ciddi irəliləyişdir. Eyni zamanda Fərmanda Agentliyin idarəetməsində tək icraçı modelindən imtina edilərək kollegial İdarə Heyəti modelinə keçid nəzərdə tutulur ki, bu da qərarların daha balanslı, məsuliyyətli və davamlı qəbuluna xidmət edir. Nəticə etibarilə bu Fərman QHT-lərə dövlət dəstəyində pərakəndə yanaşmadan sistemli və əlaqələndirilmiş modelə keçidin hüquqi əsasını yaradır. Vahid pəncərə və rəqəmsal informasiya sistemi dövlət–vətəndaş cəmiyyəti münasibətlərində şəffaflığı, məsuliyyəti və etimadı əhəmiyyətli dərəcədə gücləndirəcək".

Sevinc Qarayeva 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://525.az
archiveBu xəbər 30 Dekabr 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see324

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see219

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see186

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see173

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see166

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see165

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see161

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see157

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see153

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see152

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see151

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see151

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see149

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see146

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see144

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see144

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri