Icma.az
close
up
RU
QHT lərə dövlət dəstəyində sistem dəyişir: “Kim nə qədər qrant aldı?” sualı arxada qaldı

QHT lərə dövlət dəstəyində sistem dəyişir: “Kim nə qədər qrant aldı?” sualı arxada qaldı

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

 “29 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanan “Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətinin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi fərman və sərəncamlarda dəyişiklik edilməsi haqqında” Fərman təsadüfi və situativ qərar deyil. 

Bu sənəd uzunmüddətli müşahidələrin, praktiki təcrübənin, qiymətləndirmələrin və qeyri-hökumət təşkilatları sahəsində real vəziyyətin dərindən öyrənilməsinin nəticəsi kimi formalaşıb. İllər ərzində tətbiq olunan mexanizmlər təhlil edilib, mövcud boşluqlar, təkrarlanan problemlər və institusional uyğunsuzluqlar müəyyənləşdirilib.

Nəticədə dövlət–vətəndaş cəmiyyəti münasibətlərində yeni mərhələyə keçidi nəzərdə tutan sistemli qərar qəbul olunub. Bu Fərman təkcə ayrı-ayrı qaydaların dəyişdirilməsi deyil, QHT-lərə dövlət dəstəyi sisteminin bütövlükdə yenidən qurulmasıdır”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.

O, konseptual yenilikləri, fərman nəyi dəyişdiyini belə izah edib:

“Fərmanın əsas mahiyyətini sadə dillə belə ifadə etmək olar: QHT-lərə dövlət dəstəyi sahəsində pərakəndə və əlaqəsiz mexanizmlərdən vahid, əlaqələndirilmiş sistemə keçid təmin olunur. Bu sistem dəyişikliyi bir neçə əsas istiqamətdə özünü göstərir.

Birincisi, QHT-lərin maliyyələşdirilməsində “bir pəncərə” prinsipi tətbiq edilir İndiyədək qeyri-hökumət təşkilatları müxtəlif dövlət qurumları, fondlar və agentliklər tərəfindən, bir-birindən asılı olmayan mexanizmlərlə maliyyələşdirilirdi. 

Bu isə maliyyə axınlarında pərakəndəlik, mövzu və prioritetlərin üst-üstə düşməsi, habelə dövlət siyasətinin icrasında koordinasiya problemləri yaradırdı. Fərman bu vəziyyəti köklü şəkildə dəyişir. 

Bundan sonra QHT-lərin bütün növ dövlət maliyyələşməsi vahid koordinasiya prinsipi əsasında həyata keçirilir, maliyyə mənbələri saxlanılır, ləğv edilmir, lakin proseslər vahid sistem daxilində uzlaşdırılır. Bu yanaşma mərkəzləşmə deyil, nizamlı və planlı əməkdaşlıq modelidir”. 

İkinci mqəam vahid informasiya sisteminin yaradılmasıdır: 

“Fərmanla “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi” adlı vahid informasiya sistemi təsis edilir. Bu sistem QHT-lərin maliyyələşdirilməsi sahəsində şəffaflığı, izlənə bilənliyi və institusional yaddaşı təmin edən əsas alətə çevrilir. 

Yeni sistem vasitəsilə maliyyələşmə prosesləri ardıcıl şəkildə izlənilir, təkrarlanan layihələrin qarşısı alınır, prioritet sahələr üzrə dövlət siyasətinin icrası ölçülə bilən hala gətirilir. Bu, QHT sahəsində rəqəmsal idarəetməyə keçidin institusional əsasını yaradır. 

Üçüncüsü,  QHT Agentliyinin funksional rolu genişləndirilir Fərman Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rolunu keyfiyyətcə dəyişir. Agentlik artıq yalnız maliyyə ayıran qurum deyil, dövlət–özəl–QHT əməkdaşlığını əlaqələndirən sistem qurucu və koordinasiyaedici mərkəz funksiyasını daşıyır. 

Agentlik bütün dövlət qurumları ilə birgə maliyyələşmə proseslərində iştirak edir, mövzu və prioritetlərin müəyyənləşdirilməsində rol alır, QHT sektorunun səriştəliliyinin və dayanıqlı inkişafının təşviqində iştirak edir. Bu dəyişiklik Agentliyin institusional məsuliyyətini və idarəetmə yükünü əhəmiyyətli dərəcədə artırır”. 

Ə.Nuriyev qeyd edib ki, idarəetmədə sistem dəyişikliyi də olacaq:

“Kollegial modelə keçid Fərmanın mühüm yeniliklərindən biri idarəetmə modelinin dəyişdirilməsidir. İcraçı direktor modelindən imtina edilərək İdarə Heyəti institutu tətbiq olunur. 

Bu dəyişiklik: qərarların tək şəxs tərəfindən deyil, kollegial şəkildə qəbul edilməsini; məsuliyyətin bölüşdürülməsini; institusional sabitliyin və davamlılığın gücləndirilməsini təmin edir. Bu, QHT sahəsində idarəetmə mədəniyyətinin yüksəldilməsinə yönəlmiş məqsədli və düşünülmüş addımdır. 

Beşincisi, Şura və icra mexanizmləri arasında səlahiyyət bölgüsü və ictimai iştirakçılıq təmin olunacaq”. 

Fərmanla Şura və icraedici strukturlar arasında funksional bölgü aydın şəkildə müəyyən edilir: 

“Şura ictimai nəzarət və strateji baxış funksiyasını yerinə yetirir, İdarə Heyəti gündəlik idarəetmə və qəbul olunmuş qərarların icrasına cavabdeh olur. Eyni zamanda, bu yanaşma Şuranın formalaşmasında ictimai iştirakçılığın real və institusional əsasda gücləndirildiyini açıq şəkildə göstərir. 

Şuranın 7 üzvdən ibarət tərkibində 4 üzv vətəndaş cəmiyyəti institutlarının nümayəndələrindən, 3 üzv isə dövlət orqanlarının nümayəndələrindən formalaşdırılır. Daha mühüm məqam ondan ibarətdir ki, Şuranın sədri məhz vətəndaş cəmiyyəti nümayəndələri arasından seçilir. Bu model ictimai iştirakçılığı formal təmsilçilik səviyyəsində saxlamır, onu qərarların formalaşmasına təsir edən institusional mexanizmə çevirir. 

Beləliklə, QHT-lərə dövlət dəstəyi sahəsində qəbul olunan qərarlar ictimai baxışın iştirakı ilə formalaşır, bu isə siyasətin legitimliyini və ictimai etimadı gücləndirir”. 

Hüquq müdafiəçisi qeyd edib ki, yeni yanaşma dövlət dəstəyi və məsuliyyət balansının qorunmasıdır: 

“Fərman dövlətin QHT sektoruna münasibətində yeni yanaşmanı ortaya qoyur. QHT-lər artıq yalnız maliyyə alan subyekt kimi deyil, ictimai problemlərin həllində tərəfdaş kimi qiymətləndirilir. Eyni zamanda, bu tərəfdaşlıq hesabatlılıq, səriştəlilik, dayanıqlılıq tələbləri ilə müşayiət olunur. Bu yanaşma vətəndaş cəmiyyəti üçün yeni imkanlar açmaqla yanaşı, sektora daha yüksək institusional məsuliyyət də yükləyir. 

Nəticə 29 dekabr 2025-ci il tarixli Prezident Fərmanı mexaniki dəyişikliklər toplusu deyil. Bu sənəd QHT-lərə dövlət dəstəyinin fəlsəfəsinin dəyişdiyini nümayiş etdirir. Artıq əsas sual “Kim nə qədər qrant aldı?” deyil. Əsas sual “İctimai problemlərin həllində daha səmərəli, şəffaf və dayanıqlı sistem necə qurulur?” sualıdır. Bu Fərman həmin suala verilmiş sistemli, ölçülmüş və düşünülmüş cavabdır”.

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 Dekabr 2025 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri