Icma.az
close
up
RU
QHT “Regionlarda hibrid təhdidlərə qarşı maarifləndirmə” adlı yeni təşəbbüsə start verdi

QHT “Regionlarda hibrid təhdidlərə qarşı maarifləndirmə” adlı yeni təşəbbüsə start verdi

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gənclər üçün dayanıqlı gələcək: Füzuli və Beyləqanda hibrid təhdidlərə qarşı maarifləndirmə layihəsinə start verildi.

"Cebheinfo.az" xəbər verir ki, “Kitab Yayımı İşinin İnkişafına Dəstək” İctimai Birliyi “Regionlarda hibrid təhdidlərə qarşı maarifləndirmə” adlı yeni təşəbbüsə start verdiyini elan edir. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən bu layihə, Füzuli və Beyləqan rayonlarından olan gənclərin hibrid təhdidlər, dezinformasiya və rəqəmsal təhlükələrə qarşı maariflənməsini və dayanıqlığının artırılmasını hədəfləyir.

Layihə çərçivəsində 17–25 yaş arası ümumilikdə 40 gənc (hər rayondan 20 nəfər) seçilərək iyul və avqust aylarında həyata keçiriləcək iki günlük təlim-seminarlarda iştirak edəcək. Təlimlər interaktiv metodlara əsaslanacaq və iştirakçıların media və informasiya savadlılığını artırmaq, tənqidi düşüncə və rəqəmsal təhlükəsizlik bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır.

Təlim proqramına daxil olan “Media Detektivləri” və “Dezinformasiya Ovçuları” adlı simulyasiya fəaliyyətləri gənclərə sosial media və onlayn platformalarda yanlış məlumatları müəyyən etmə, təhlil etmə və düzgün məlumatların yayılmasına töhfə vermə imkanları qazandıracaq. Bununla yanaşı, rəqəmsal təhlükəsizlik üzrə təşkil olunacaq laboratoriya sessiyaları gənclərin şəxsi məlumatların qorunması və onlayn təhlükəsizlik vərdişlərini formalaşdıracaq.

Layihənin rəhbəri Namaz Namazov layihə ilə bağlı bildirib:

"Müasir dövrdə informasiya texnologiyalarının sürətlə inkişafı ilə yanaşı, gənclər müxtəlif hibrid təhdidlər və dezinformasiyalarla qarşılaşa bilirlər. Biz bu layihə ilə gənclərin məlumatı daha düzgün qiymətləndirmə, rəqəmsal mühitdə təhlükəsiz davranma və mediada məsuliyyətli iştirak bacarıqlarını gücləndirməyi qarşıya məqsəd qoymuşuq. Maarifləndirilmiş və savadlı gənclik cəmiyyətin dayanıqlığını artıran əsas faktorlardan biridir".

Layihənin əsas tərəfdaşları olan Füzuli və Beyləqan Gənclər Evləri, aktiv və liderlik potensialı olan gənclərin müəyyən edilməsində və layihəyə cəlb olunmasında mühüm rol oynayacaq. Regional Gənclər Nümayəndəliyi məlumatların yayılmasını dəstəkləyəcək, yerli QHT-lər isə layihənin davamlı təsirini təmin edəcəklər.

"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 İyun 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see212

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see189

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see171

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see165

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see164

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see162

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see161

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see150

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see147

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see141

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see141

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see139

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri