Icma.az
close
up
RU
Regionlarda dini maarifləndirmə tədbirləri əhəmiyyətlidir

Regionlarda dini maarifləndirmə tədbirləri əhəmiyyətlidir

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Bəzi xarici dairələr, hətta dövlətlər insanların dini inancından istifadə edərək radikal qruplar yaratmağa çalışırlar


Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

Son illərdə, hətta ən yüksəksəviyyəli beynəlxalq tədbirlərdə belə din ifadəsi terrorçuluq, separatizm, radikalizm kimi terminlərlə yanaşı istifadə olunur. Halbuki ictimai şüurda təhdid kimi qəbul edilən bu anlayışların heç birinin dinlərə aidiyyəti yoxdur. Heç bir din insan həyatına, sağlamlığına qəsdi təqdir etmir. Heç bir dini kitabda müharibələrin, insan faciəsi ilə nəticələnən qanlı toqquşmaların təşviqi ilə bağlı fikirlər yoxdur.

Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Xaçmaz şəhərində keçirilən “Dini müstəvidə ideoloji təhlükəsizlik: çağırışlar və perspektivlər” mövzusunda konfrans bildirilib.

Tədbirdə dövlət-din münasibətlərinin tənzimlənməsi, vətəndaşların dini etiqad azadlığının təmin olunması, dini fanatizm, radikalizm və ekstremizmə qarşı ideoloji müstəvidə effektiv mübarizə, zərərli dini ideologiyaların ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində müzakirələr aparılıb.

Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Milli Məclisin deputatı Fazil Mustafa, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, ali və orta ixtisas təhsili müəssisələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, həmçinin din xadimləri, dini icma sədrləri iştirak ediblər.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev konfransı giriş sözü ilə açaraq, Azərbaycanın keçdiyi sürətli inkişaf yoluna diqqət çəkib. Bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və qətiyyəti, rəşadətli ordumuzun gücü, eləcə də xalqımızın birliyi sayəsində qazandığımız tarixi qələbə nəticəsində vaxtilə işğal altında olan, düşmən tərəfindən viran edilən torpaqlarımızda bu gün həyat yenidən canlanır, məcburi köçkünlərimiz öz yurd-yuvalarına qayıdır. Azərbaycanın ev sahibliyi etdiyi COP29 konfransında əldə edilən nəticələrin əhəmiyyətini vurğulayan E.Rzayev mötəbər tədbirin ölkəmizin artan nüfuzuna daha bir töhfə qatdığını qeyd edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov çıxışında bildirib ki, din və ideoloji təhlükəsizlik bir-birinə sıx bağlı mövzulardır: "Azərbaycanda Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu və Prezident İlham Əliyevin ardıcıl siyasəti nəticəsində möhkəmləndirilmiş ideoloji təhlükəsizlik modeli daxili və xarici amillərin unikal harmoniyasına əsaslanır. Biz indi elə bir mürəkkəb tarixi mərhələdə yaşayırıq ki, təhlükəsizlik məsələsi bütün cəmiyyətlərin, ümumilikdə qlobal dünyanın ən aktual probleminə çevrilib. Etnik və dini fərqliliklər ayrı-ayrı ölkələrdə ictimai münasibətlərin xarakterini müəyyənləşdirir. Bəzilərində bu, qütbləşməni, az-az hallarda isə mədəniyyətlərarası dialoqu təşviq edən faktor kimi qəbul edilir. Bu mənada, tolerantlıq, multikulturalizm, inanclara, milli-mənəvi dəyərlərə, mədəni irsə hörmət kimi ali bəşəri dəyərlər üzərində qurulmuş münasibətlər sistemi Azərbaycanda milli həmrəyliyin əsas komponentini təşkil edir. Bizi münaqişə və ziddiyyətlərin adi həyat normasına çevrildiyi ölkələrdən fərqləndirən başlıca amil də elə bundan ibarətdir".

Ramin Məmmədov qeyd edib ki, konfransın mövzusu dinin ideoloji təhlükəsizlikdə roluna dair geniş və əhatəli müzakirələr aparmaq imkanı verir. "Bəzi dairələrin və qüvvələrin dindən öz siyasi məqsədləri üçün istifadə cəhdlərinə qarşı birlikdə mübarizə aparmalıyıq. İnancından, dini əqidəsindən asılı olmayaraq insanlara daha aydın izah etməliyik ki, hər kəsin dini etiqad azadlığının ən etibarlı təminatını verə biləcək yeganə qüvvə dövlətdir. Dövlətin varlığı yalnız vətəndaşların sosial-iqtisadi rifahı üçün deyil, həm də mənəvi ehtiyaclarını daha rahat şəkildə qarşılaması üçün vacibdir", - deyə komitə sədri söyləyib.

Azərbaycan Respublikası Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Dövlət Komitəsinin regionlarda keçirdiyi konfransların əhəmiyyətindən bəhs edərək bildirib ki, maarifləndirmə tədbirləri həm də Azərbaycandakı dövlət-din münasibətlərinin real vəziyyətini müzakirə etmək baxımından xüsusi rola malikdir. 

Ölkəmizdə dövlətin dinə münasibətinin loyallıq prinsiplərinə əsaslandığını deyən deputat vətəndaşların dini etiqad azadlığının Konstitusiya və müxtəlif qanunlarla təmin edildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, dünyanın müxtəlif yerlərində dindən əsl məqsədinə uyğun istifadə edilməyərək siyasiləşdirilməsinə cəhdlərin göstərilməsi, dini ehkamların zamanın tələbinə uyğunlaşdırılmaması problemləri mövcud olsa da, respublikamızda Prezident cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində tolerantlıq, multikulturalizm, vəhdət ənənələri həyat tərzimizə çevrilib. Deputat həmçinin dini radikalizmə qarşı mübarizədə hər kəsin yaxından iştirak etməsinin, bu sahədə maarifləndirmə işinin ardıcıl və məqsədyönlü şəkildə aparılmasının zəruriliyindən danışıb.

Qeyd edək ki, regional konfrans işini “Şimal bölgəsində dini durum: mövcud vəziyyət və qarşıda duran vəzifələr” və “Ənənəvi İslam: tarixi təcrübə və müasir reallıqlar” mövzularında panel sessiyalarla davam etdirir.


Regionlarda keçirilən dini maarifləndirmə tədbirlərini əhəmiyyətli hesab edən Milli Cəbhə Partiyasının sədr müavini, ilahiyyatçı Tural İrfan “Şərq”ə açıqlamasında deyib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi səmərəli iş aparır və insanların dini cəhətdən sağlam maariflənməsi üçün müxtəlif səpkilərdə tez-tez konfranslar, tədbirlər təşkil edir: “Şübhəsiz ki, insanların dini inancından istifadə edərək bəzi xarici dairələr, hətta dövlətlər ölkəmizdə zaman-zaman təxribat cəhdləri ediblər, radikal qruplar yaratmağa çalışıblar. Bu təhlükələr yenə də var. İnsanların dini bilgisinin kəm olduğu yerlərdə, bəzən də xurafat yayaraq əslində isə bunun daxilində xarici siyasi, ideoloji maraqları yeritməyə çalışırlar. Odur ki, həm sağlam din xadimləri yetişməli, həm də sağlam təbliğat aparılmalıdır. Məzhəbçilik, radikalizmə meyillər, xurafatçılıq tam aradan qalxmalıdır. Odur ki, bu yolda təkcə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi deyil, bütün aidiyyəti qurumlar çalışmalı, hətta vətəndaşlar özləri də fərdi şəkildə mübarizə aparmalıdırlar. Fanatizm və zərərli çağırışlar, ekstremizm hər zaman sağlam cəmiyyət üçün təhlükədir. Bunun cücərib baş qaldırmaması üçün belə konfransların əhəmiyyətli dərəcədə rolu var. Ara-sıra mən də iştirak edirəm və hiss edirəm ki, faydası böyükdür”.

İlahiyyatçının fikrincə, zərərli təbliğat vaxtilə münbit şəraitdə geniş şəkildə illərlə aparıldığı üçün hazırda bunun qarşısını qısa müddətdə almaq çətindir: “Xaricə bağlılıq, təqlidçilik kimi təhlükəli ənənələr hələ də qalır. Məscidlərdə din xadimi təyinatı Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin səlahiyyətinə keçənə qədər xaricdə, əsasən də İranda təhlükəli təlim görmüş şəxsləri Qafqaz Müsəlmanları İdarəsi kütləvi şəkildə dini məkanlara təyin etmişdi. Bu şəxslər də ölkədə dini vəziyyəti xaricə bağlılıq, xurafatçılıq, radikalizm, məzhəbçilik səviyyəsində xarab etmişdilər. İndi şükür Allaha ki, Dövlət Komitəsi bunun qarşısını alır, milli ruhda, dövlətçi, əsasən də yerli təhsil almış kadrları yerləşdirir. Hesab edirəm ki, bu kimi konfransların rolu və əhəmiyyəti böyükdür, təsiri də hər zaman hiss olunur. Cəmiyyət düzgün maariflənir və ölkədə dini sahənin özbaşına olmadığını, yaxud Qafqaz Müsəlmanları İdarəsi kimi yarıtmaz qurumun ümidinə buraxılmadığını hiss edir. Dövlət Komitəsinin fəaliyyətinə əhali arasında rəğbət və ümidlər çox böyükdür.

Effektiv dini fəaliyyət və sağlam dini təbliğat üçün sağlam din xadimləri davamlı şəkildə yetişməlidir ki, bunu da Azərbaycan İlahiyyat İnstitutu və İlahiyyat Kolleci təmin edir. Tolerantlıq, vəhdət, elmi islam, islam əxlaqının tərənnümü və əyani şəkildə təbliği, tədrisi kimi sahələrdə ölkəmiz əksər müsəlman ölkələrinə nümunə ola bilər. Həm genetik olaraq, həm də təbliğat nəticəsində ölkəmizdə yüksək səviyyədə dini tolerantlıq hökm sürür. Bu vəziyyətin mövcudluğunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və onun keçirdiyi əhəmiyyətli konfransların, tədbirlərin əvəzsiz yolu var”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 Dekabr 2024 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see264

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see236

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see180

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see176

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see170

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see169

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see154

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see136

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see133

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see132

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see131

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see127

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see126

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see126

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Ferhat Göçer Bakıda!

18 Oktyabr 2025 17:07see123

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri