Icma.az
close
up
RU
QHT sədri Elman Əhmədov İsmayıllı rayonunda görüşlər keçirib FOTOLAR

QHT sədri Elman Əhmədov İsmayıllı rayonunda görüşlər keçirib FOTOLAR

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

22 iyul 2025-ci il tarixdə Azəri Tat Mədəniyyət Mərkəzinin sədri Elman Əhmədov  ictimai təşkilatın yeni layihəsi ilə əlaqədar tatdilli əhalinin kompakt şəkildə yaşadığı əraziyə səfər etdi.

"Cebheinfo.az" xəbər verir ki, səfərdən əsas məqsəd Azəri Tat Mədəniyyət Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliiyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycan dili- Tat dilinin ləhcələr lüğətinin nəşri“ layihəsi ilə bağlı əhalini maarifləndirmək, lüğətin tərtibi zamanı fəal icma üzvlərinin bu nəşrin əhəmiyyəti haqqında fikirlərini öyrənmək və layihənin uğurla başa çatdırılmasına mənəvi dəstək qazanmaq idi.

İlk görüş lüğətin əsas tərtibçilərindən biri filologiya üzrə fəlsəfə doktoru Əliyev Dadaşla oldu. Görüş zamanı görülən işin çətinliklərindən, müəyyən sözlərin mənalarının izahı zamanı yerli əhalinin nümayəndələrinin köməyindən  danışıldı. Sonra lüğətin nəşri üçün tələb olunan prosedurlardan söz açıldı:  AMEA Nəsimi ad. Dilçilik İnstitutunun uyğun şöbəsində lüğətin ilkin variantına mütəxəssis baxışının  həyata keçirilməsi, tələb olunan rəyin hazırlanması və İnstitutun Elmi Şurasının nəşrə razılıq qərarının alınması  kimi məsələlər müzakirə edildi. Bunun üçün Azəri Tat Mədəniyyət Mərkəzi İB tərəfindən AMEA Nəsimi ad. Dilçilik İnstitutunun rəhbərliyinə müraciət məktubunun hazırlanması təklif edildi.

Daha sonra qeyri-rəsmi şəraitdə Lahıc qəsəbəsinin ziyalıları: Əməkdar müəllim Cəfər Bağırov, Lahıc Tarix-Mədəniyyət Qoruğunun direktoru Nəzər Əliyev, tarixçi Akif Ağayev, yerli tarix-diyarşünaslıq muzeyinin fond mühafizi Maarif Əliyev, Lahıc klubunun müdiri İshaq Mövlamov, təqaüdçü Raci Baxışov, tələbə Nizam Baxışovun iştirak etdikləri görüş baş tutdu. Görüş zamanı Tat dilinin məktəblərdə tədrisindən, ailələrdə tat dilinin işlək dil kimi qorunmasından, Lahıc Folklor Qrupunun fəaliyyətindən və Azəri Tat Mədəniyyət Mərkəzinin 2025-ci ildə həyata keçirəcəyi yeni layihəsindən- “Azərbaycan dili- Tat dilinin ləhcələr lüğəti” nin nəşri  kimi məsələlər söhbətlərin əsas mövzuları oldu. Maraqlı fikir mübadiləsi oldu. Təklif edildi ki, 2025-ci il üçün bu planlaşdırılmış layihə uğurla başa çatsın və  qurum yeni layihələrlə fəaliyyətini davam etdirsin.

Səfər çərçivəsində Elman müəllim, lüğət tərtibçisi fil.ü.f.d.  Dadaş Əliyev və tat dili ilə bağlı tədbirlərin fəal iştirakçısı Cəfər Bağırovla birlikdə Lahıc qəsəbəsinin yaxınlığında tatdilli əhalinin yaşadığı Əhən kəndində Məmmədağa ailəsində mehriban və səmimi bir görüş oldu. Tat dilinin yaşadılması, bu dildə dərsliklərin və digər nəşrlərin hazırlanmasının faydalı iş olduğu vurğulandı. Ən çox xoşagələn o oldu ki, bütün söhbətlər tat dilində keçirdi və ciddi dil və ləhcə problemi hiss olunmadı.

"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 İyul 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see254

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see227

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see178

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see161

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see159

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see155

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see153

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see145

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see143

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see142

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see142

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see139

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri