QHT “Təbiətdən gələn şəfa” layihəsinin icrasına başlayır
Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.
“Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 1 iyun 2025-ci il tarixindən “Təbiətdən gələn şəfa” layihəsinin icrasına başlayır.
Bu barədə QHT.az-a “Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyinin rəhbəri Nərminə Qəribova məlumat verib. Onun sözlərinə görə, layihənin əsas məqsədi təbiətdə olan şəfalı nemətlərin təbliği, ölkəmizin təbii şəfalı sərvətləri, müalicəvi bitkiləri, naftalan nefti, duz dağları, müalicəvi termal suları, bu nemətlərdən düzgün istifadə qaydaları, sağlam və təbii qidalanma, eyni zamanda təbiətlə harmoniyanın psixoloji təsiri, düzgün düşüncə, düzgün nəfəs texnikaları haqqında maarifləndirmə tədbirlərinin həyata keçirilməsidir.
Layihə rəhbəri, tədbirlərin Bakı və Sumqayıt şəhərlərində keçiriləcəyini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 11 İyun 2025 14:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















