Icma.az
close
up
RU
Təbiətdən şəfa mənbəyi: Qarabaş otunun faydaları

Təbiətdən şəfa mənbəyi: Qarabaş otunun faydaları

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son illərdə insanlar təbii müalicə üsullarına daha çox üstünlük verməyə başlayıblar. Kimyəvi tərkibli dərmanların yan təsirlərinə qarşı artan narahatlıq, insanları bitki mənşəli alternativlərə yönəldir. Bitki mənşəli məhsullar, sağlamlığı qorumaq, immun sistemini gücləndirmək və bəzi xroniki xəstəliklərə qarşı müdafiə yaratmaq baxımından yenidən dəyər qazanır. Təbii müalicə vasitələri arasında əsrlərdir istifadə olunan və xalq təbabətində geniş yer alan bitkilərdən biri də qarabaş otudur. Lavanda ailəsinə daxil olan bu şəfalı bitki həm sakitləşdirici ətri, həm də bədən və ruhi sağlamlığa olan müsbət təsirləri ilə tanınır. Qarabaş otu, təkcə çay kimi deyil, buxar, yağ və məlhəm formasında da istifadə olunaraq bir çox sağlamlıq probleminə qarşı təbii dəstək verir.

Qaynarinfo qarabaş otunun insan orqanizminə verdiyi faydalar haqqında məlumatı təqdim edir.

Stres və yuxusuzluğa qarşı təbii həll

Qarabaş otu sinir sistemi üzərində sakitləşdirici təsirə malikdir. Onun dəmlənmiş çayı, günün gərginliyini aradan qaldırmaq, stres və narahatlığı azaltmaq üçün təbii bir vasitə kimi istifadə olunur. Mütəxəssislər axşam saatlarında içilən bir fincan karabaş otu çayının zehni rahatlattığını və daha asan yuxuya keçməyə kömək etdiyini bildirirlər.

İmmun sistemini gücləndirir

Qarabaş otu antioksidantlarla zəngindir. Bu xüsusiyyəti sayəsində orqanizmi zərərli sərbəst radikallardan qoruyur və immun sisteminin daha güclü işləməsinə dəstək verir. Xüsusilə soyuq aylarda, qrip və soyuqdəymə kimi infeksiyalara qarşı müqaviməti artırmaq istəyənlər üçün əla təbii alternativdir.

Tənəffüs problemlərinə qarşı faydaları

Qarabaş otunun buxar şəklində istifadəsi tənəffüs yollarını rahatlatmaqda təsirli ola bilər. Burun tutulması, bronxların daralması və nəfəs almaqda çətinlik kimi hallarda bu bitkinin inhalyasiya yolu ilə istifadəsi nəfəs yollarını açır və rahatlıq gətirir. Astma və allergik rinit kimi tənəffüs problemləri yaşayanlar üçün də faydalı hesab olunur.


Antiseptik və mikrobqırıcı təsir

Qarabaş otu antiseptik xüsusiyyət göstərir. Kiçik yaraların təmizlənməsi, dəridəki iltihabların azaldılması və sızanaq kimi dəri problemlərinin yüngülləşdirilməsində faydalı ola bilər. Eyni zamanda ağız və boğaz üçün qarqara şəklində istifadə edildikdə, bakteriyalara qarşı qoruyucu təsir göstərir.

İstifadə edərkən diqqətli olun

Hər bir bitki kimi qarabaş otunun da düzgün şəkildə və miqdarda istifadəsi vacibdir. Həddindən artıq qəbul edildikdə tərləmə, ürəkbulanma və başgicəllənməsi kimi yan təsirlərlə qarşılaşmaq mümkündür. Hamilə və süd verən qadınlara isə bu bitkidən istifadə etmək tövsiyə edilmir.

Qarabaş otu həm fiziki, həm də psixoloji sağlamlığın qorunmasında əhəmiyyətli rol oynayan, təbiətin bizə bəxş etdiyi faydalı bitkilərdən biridir. Lakin hər zaman olduğu kimi, təbii vasitələrdən istifadə etməzdən əvvəl bir mütəxəssislə məsləhətləşmək sağlamlığınız üçün daha doğru seçim olacaq.


Günay

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:291
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 22 May 2025 21:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see601

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see423

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see301

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see291

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see273

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see263

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see260

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see238

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see215

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see208

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see207

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see200

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see191

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see188

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see184

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see179

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see168

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see168

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri