Icma.az
close
up
RU
Qıcolma zamanı dil qatlana bilər?

Qıcolma zamanı dil qatlana bilər?

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

5 yaşına qədər uşaqlarda yüksək qızdırma fonunda qıcolmaların (el arasında "sudorqa") baş verməsinə kifayət qədər tez-tez rast gəlinir.

Belə qıcolmalara “febril qıcolmalar” deyilir. Febril qıcolmalar zamanı valideynlərin ən çox qorxduğu dilin qatlanmasıdır. Qıcolma zamanı dil həqiqətən qatlana bilərmi? Bu sualın cavabını tanınmış ukraynalı pediatr Evgeniy Komarovskinin saytında tapmışıq.

Saglamolun.az bildirir ki, tanınmış həkimin sözlərinə görə febril qıcolmalardan qorxmaq lazım deyil. Qıcolmalar uşağı öldürə və ya hər hansı xəstəliyə səbəb ola bilməz. Lakin qıcolma normal qızdırma fonunda inkişaf edibsə bu artıq ciddi simptomdur və belə uşaq mütləq diqqətlə müayinə olunmalıdır.

Komarovskinin sözlərinə görə qıcolma zamanı bədənin bütün əzələləri gərgin vəziyyətdə olur. Dil də əzələ olduğundan sərtləşir və onun qatlanması və bunun nəticəsində nəfəs yollarının tutulması mümkün deyil.

Uşaqda qıcolma baş veribsə onun qol və ayaqlarını zorla “düzləşdirmək”, uşağı özünə sıxmaq, ağzına hər hansı əşya (qaşıq, qələm, dəsmal və s.) salmaq olmaz. Sadəcə uşağa nəzarət etmək, uşağın başının altına yastıq qoymaq və hər hansı əşyalara (mebel və s.) dəyərək zədələnməkdən qorumaq lazımdır. Adətən qıcolma 2-3, bəzən 5 (bundan çox yox) dəqiqədən sonra qurtarır və uşaq dərin yuxuya gedir. Bu halda da uşağı silkələmək, oyatmaq və s. olmaz.

Qıcolma qurtaranda əzələlər boşalır və məhz burada dilin qatlanması mümkün olur. Dilin qatlanmasının qarşısını almaq üçün uşağı böyürü üstə qoyun. Həmçinin qıcolma qurtarandan sonra uşaqda qusma ola bilər. Uşaq böyürü üstə uzandıqda qusma kütlələrinin nəfəs yollarına düşməsi mümkünsüz olur.

Uşaqda qıcolma başlayanda dərhal “təcili yardım” çağırın və həkimlər gələnə qədər uşağı tək qoymayın!

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 23:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see341

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

04 Sentyabr 2026 12:14see248

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see245

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see239

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

04 Sentyabr 2026 11:43see237

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see234

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

04 Sentyabr 2026 14:16see229

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

04 Sentyabr 2026 14:37see228

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see226

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

04 Sentyabr 2026 08:47see220

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

04 Sentyabr 2026 16:47see219

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see210

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see207

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

04 Sentyabr 2026 17:31see207

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

04 Sentyabr 2026 18:34see206

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

04 Sentyabr 2026 04:53see203

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

04 Sentyabr 2026 16:01see198

Benzema “Arsenal”a məsləhət bilinib

04 Sentyabr 2026 04:39see187

Sentyabrın 5 də anomal isti olacaq

04 Sentyabr 2026 18:25see174

Tacikistanda tranzit daşımaları 17 faiz çoxalıb

04 Sentyabr 2026 22:32see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri