Icma.az
close
up
RU
Qida Sənayesi Kollecində təhsil böhranı: “Rəsmi müraciətlərim cavabsız qalıb” ŞİKAYƏT

Qida Sənayesi Kollecində təhsil böhranı: “Rəsmi müraciətlərim cavabsız qalıb” ŞİKAYƏT

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda peşə və orta ixtisas təhsili müəssisələrinin vəziyyəti illərdir müzakirə mövzusudur. Dövlət İqtisad Universitetinin nəzdində fəaliyyət göstərən Qida Sənayesi Kollecində baş verənlər acınacaqlı durumu bir daha ortaya qoyur.

Kollecin tələbəsi Almaz Məmmədova “Cebheinfo.az”-a müraciət edərək rəhbərliyin ona qarşı təzyiqlərini, müəssisədə laboratoriya şəraitinin olmamasını, keyfiyyətsiz təhsil və rəsmi qurumların bu məsələyə biganəliyini ictimailəşdirib. O bildirib ki, kollecin direktoru Sevinc Həmzəyeva onu fənlərdən “kəsilməklə” və nizam-intizam qaydalarına cəlb olunmaqla təhdid edib.

Tələbənin dediyinə görə, bu təzyiqlərin səbəbi onun yağış sularının sinif otaqlarının divarlarından axmasını videoya çəkərək yayması olub. Məmmədovanın müraciətlərinə baxmayaraq, nə kollecin tabe olduğu Dövlət İqtisad Universiteti, nə də Elm və Təhsil Nazirliyi problemi həll etmək üçün real addım atıb. Əksinə, bəzi şəxslər məsələnin ört-basdır olunması üçün ona müraciət edib. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 9-cu maddəsinə əsasən, təhsil müəssisələri dövlət standartlarına və beynəlxalq prinsiplərə uyğun keyfiyyət təminatı sistemi qurmalıdır. Bu sistemə maddi-texniki baza, infrastruktur və müasir tədris texnologiyaları da daxildir.

Lakin Qida Sənayesi Kollecində nə laboratoriya, nə də tələbələrin praktik məşğələlər üçün şərait var. Bundan əlavə, qanunun 11-ci maddəsinə əsasən, təhsil müəssisəsində tələbələrə qarşı fiziki və psixoloji zorakılıq qadağandır. Direktorun tələbəni kollecdən uzaqlaşdırmaqla təhdid etməsi, digər tələbələrin də cəza tədbirlərindən qorxaraq susması bu qanunun kobud şəkildə pozulmasıdır.

Daha ciddi məqam isə qanunun 42-ci maddəsində yer alır. Burada deyilir ki, əgər təhsil müəssisəsi tələbələrə keyfiyyətsiz təhsil verdiyi müəyyən edilərsə, vurulan zərərin, o cümlədən tələbənin yenidən hazırlanması üçün çəkilən xərclərin həmin müəssisə tərəfindən ödənilməsi məhkəmə qaydasında tələb oluna bilər. Yəni, Almaz Məmmədova və digər tələbələr kolleci məhkəməyə verərək ödədikləri təhsilhaqqını geri tələb edə bilərlər. Son illərdə kolleclərin ləğv edilməsi məsələsi dəfələrlə gündəmə gəlib.

Elm və təhsil naziri Emin Əmrullayev 2023-cü ilin dekabrında açıqlamasında bildirmişdi ki, gələcəkdə kollec məzunlarının uşaq bağçalarda işləməsinə icazə verilməyəcək. Bu, kolleclərin keyfiyyət göstəricilərinin hansı səviyyədə olmasının açıq sübutudur. Təhsil ekspertləri hesab edirlər ki, bu tip müəssisələr dövlət büdcəsinə əlavə yük olmaqla yanaşı, tələbələr üçün real peşəkar perspektivlər yaratmır. Lakin kolleclərin bağlanması yox, modernləşdirilməsi və dünya standartlarına uyğunlaşdırılması daha effektiv həll ola bilər.

Almaz Məmmədovanın iddialarına görə, Sevinc Həmzəyeva öz avtomobilini sataraq kolleci təmir etdirdiyini və buna görə ona heç kimin toxuna bilməyəcəyini iddia edir. Əgər bu iddia doğrudursa, rəsmi qurumların vəziyyətə nəzarət etmədiyini və rəhbərliyin tam sərbəst şəkildə hərəkət etdiyini göstərir. Müasir dövrdə bir təhsil müəssisəsində təmirə rəsmi dövlət vəsaiti əvəzinə, rəhbər şəxsin şəxsi vəsaitini xərcləməsi və bunu tələbələrə qarşı “toxunulmazlıq” arqumenti kimi istifadə etməsi suallar doğurur. Əgər dövlət tərəfindən vəsait ayrılmırsa, bu, təhsilə ayrılan büdcənin necə idarə olunması ilə bağlı şübhələr yaradır. Əgər vəsait varsa, o zaman kollecin bərbad vəziyyətə düşməsinin səbəbi nədir? Qida Sənayesi Kollecindəki vəziyyət Azərbaycanda orta ixtisas təhsilində mövcud problemlərin daha bir nümunəsidir. Laboratoriyasız qida təhlükəsizliyini tədris etmək mümkündürmü? Təzyiqlər altında tələbələr keyfiyyətli təhsil ala bilərmi? Bu suallar cavabsız qalır. Əgər kolleclərdə oxuyan minlərlə tələbə keyfiyyətsiz təhsilə görə iş tapa bilməyəcəksə, bu, bütöv bir nəsil üçün problem yaradacaq.

İndi əsas sual budur: Rəsmi qurumlar bu məsələyə nə vaxt reaksiya verəcək?

Vilayət Muxtar

“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Mart 2025 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see294

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see290

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see232

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see229

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see224

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see202

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see180

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see176

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see164

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see160

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see156

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see152

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see151

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri