Icma.az
close
up
RU
Qida sənayesi və qida təhlükəsizliyi Forumu keçirilib AZƏRTAC

Qida sənayesi və qida təhlükəsizliyi Forumu keçirilib AZƏRTAC

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 17 dekabr, AZƏRTAC

Ulu Öndər Heydər Əliyevin 101 illiyinə həsr olunmuş "II Qida sənayesi və qida təhlükəsizliyi" Forumu keçirilib.

Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) dəstəyi ilə təşkil olunan Forumda qida sənaye sahəsini təmsil edən yerli və xarici ekspertlər, dövlət və özəl sektor nümayəndələri, müvafiq sahədə təhsil alan tələbələr, gənc müəllim və alimlər iştirak ediblər.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, AQTİ İdarə Heyətinin sədri Əli Nəbiyev Forumda çıxış edərək, Ümummili Liderin reallaşdırdığı kənd təsərrüfatı inkişaf konsepsiyasının ölkəmizdə qida məhsullarının keyfiyyətinin təmin edilməsinə və qida sənayesinin inkişafının sürətlənməsinə əlverişli zəmin yaratdığını bildirib.

Qeyd edilib ki, Ulu Öndərin hakimiyyəti illərində qida məhsulları, bitki və heyvan sağlamlığı sahələrində qəbul olunan normativ sənədlərlə müvafiq sahələrin təməli qoyulub. Eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatların, o cümlədən qida təhlükəsizliyi sahəsindəki təşəbbüslərin əhalinin sağlam və keyfiyyətli qida ilə təmin olunmasına mühüm töhfələr verdiyi qeyd edilib. Məlumat verilib ki, qida təhlükəsizliyi sisteminin beynəlxalq standartlara uyğun qurulması və qida sənayesində tətbiq olunan yeni yanaşmalar son illərdə bu sahədə böyük irəliləyişlərə səbəb olub. Qida obyektlərində HACCP, eləcə də qida məhsullarının izlənmə sisteminin tətbiqinin müəssisələrdə qida təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığı da qeyd edilib.

Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov və Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev Forumun işinə uğurlar arzulayıblar.

Sonra qida sənayesi və qida təhlükəsizliyinə dair müxtəlif məsələlərin müzakirə edildiyi iki panel keçirilib.

Panel müzakirələri zamanı qida təhlükəsizliyi və bitki mühafizəsi, heyvandarlıq məhsullarının keyfiyyəti və təhlükəsizliyi, qida təhlükəsizliyinin qlobal və regional çağırışları, qida sənayesində müasir texnologiyalar və innovasiyalar, iqlim dəyişikliyi və qida sənayesi kimi mövzularda çıxışlar olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Dekabr 2024 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri