Icma.az
close
up
RU
Qida sənayesində istifadə olunan boyaq maddələrinin ziyanı...

Qida sənayesində istifadə olunan boyaq maddələrinin ziyanı...

Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Artıq uzun zamandır ki, qida və içkilərin daha iştahalı görkəmi üçün istifadə olunan boyaq maddələri, qida sənayesində aktiv fəaliyyət göstərir.

Lakin yaxın zamana qədər,heç kimi onların ziyanlı tərəfi narahat etməyib. Buna səbəb odur ki, əvvəllər boyaq maddələrini  meyvə, tərəvəz, giləmeyvə və bitki kökləri kimi təbii xammaldan istehsal edirdilər.

Təbii boyaq maddələrinin tərkibində boyayıcı  piqmentlər, orqanik turşular, ətirli maddələr və vitaminlər olduğundan, insan orqanizmi onlara tam olaraq uyğunlaşıb.  Baxmayaraq ki, onlarda son dərəcə mümkün olan konsentrasiya var, onlar insan orqanizmi üçün təhlükəsizdir.

Müasir dövrdə isə, daha çox istifadə olunan süni boyaq maddələri -  təbiətdə olmayan, suda həllolunan orqanik birləşmələrdir. Qida dəyəri olmasa bele, insan orqanizmi üçün kifayət qədər təhlükəli hesab edilirlər. Hal hazırda qida sənayesində E100-E199 markalı boyalar aktiv istifadə olunur.

İngiltərədə aparılan araşdırmalar nəticəsindı bəlli olunmuşdur ki, Е102, E104, E110, E122, E124, E129 kimi boyaq maddələri uşaq və böyüklərin orqanizminə mənfi  təsir göstərir. Səbəb ola biləcəyi əlamətlər:

- Müəyyən dərəcəli gərginlik

- Diqqət konsentrasiyasının pozğunluqları

- Əhvalın kəskin dəyişməsi

- Disbakterioz

- Allergiya

- Hiperaktiv davranış və s.

Ümumiyyətlə isə bu boyaq maddələrinin təhlükə dərəcəsi  Avropa komissiyası tərəfindən təyin olunur. Hər bir qida müəsissəsinin sahəsi, mağazalar və ümumiyyətlə bu kimi maddələrin istehsal və istifadə oluna biləcəyi məhsulların yoxlanması  ərzaqçı-baytar inspeksiyası tərəfindən çox ciddi kontol edilməlidir.

E - əlavələrinin sınaqları heyvan və insanlar üzərində aparılır. Problem ondadır ki, ölüm hadisəsi  kimi nəticələnməyən mənfi təsirli əlavələr sadəcə təhlükəli kimi qeyd olunaraq, tam istifadədən çıxarılmır. Bundan bəlli olur ki, qida və içkilərə hələ də əlavə olunmaqda davam edən bir çox əlavələr orqanizm üçün çox təhlükəlidir. Buna misal olaraq bəziləri haqda bir neçə məlumat təqdim edirik:

E102 - tartrazin. İnsan orqanizmində  qida allergiyası yarada bilir. Qənnadı məhsulları, konfet, dondurma və içkilərdə var.

E128 - konserogen effektli qırmızı boyaq maddəsi Red 2G. Doğranmış ət məhsulları və sosiska istehsalında ona çəhrayı rəng vermək məqsədi ilə istifadə olunur. Gen dəyişiklikləri yarada bilən genotoksik birləşmədir.

E216 və E217 - konservantları (propil efir və natriy duzu) Bir çox ölkələrdə qadağandır. İnsan orqanizmində qida zəhərlənməsi yarada bilir.

E320 - piy və yağlı qatışıqlarda turşuma prosesinin ləngidən antioksidant. İnsan orqanizmidnə xolesterinin artmasına səbəb olur. İstidafə olunduğu məhsullara misal olan saqqızlar.

E400-499 məhsulun qatılığını artıran stabilizator. Həzm sisteminin problemlərinə səbəb olur. İstifadə olunduğu məhsullar yoqurt və mayonez.

Qadağan olunmuş E - əlavələri:

E121 - qırmızı sitrus boyaq maddəsi

E123 - qırmızı amarant boyaq maddəsi

E240 - formaldeqid konservantı, mışyak kimi güclü maddə qrupuna aid edilir.

E116-117 - qənnadı və ət məhsullarının istehsalı üçün istifadə olunan konservant.

Həmçinini bu əlavələr də insan orqanizmi üçün çox zərərlidir: Е103, Е107, Е125, Е127, Е128, Е213-219, Е140, Е153-155, Е166, E173–175, E180, E182, E209, E213–219, E225–228, E230–233, E237, E238, Е240, E241, E252, E253, E264, E281–283, E302, E303, E305, E308–314, E317, E318, E323–325, E328, E329, E343–345, E349, E350–352, E355–357, E359, E365–368, E370, E375, E381, E384, E387–390, E399, E403, E408, E409, E418, E419, E429–436, E441–444, E446, E462, E463, E465, E467, E474, E476–480, E482–489, E491–496, E505, E512, E519–523, E535, E537, E538, E541, E542, E550, E552, E554–557, E559, E560, E574, E576, E577, E579, E580, E622–625, E628, E629, E632–635, E640, E641, E906, E908–911, E913, E916–919, E922–926, E929, E942–946, E957, E959, E1000, E1001, E1105, E1503, E1521.

Sonda isə, məsləhətimiz odur ki:

Məhsul seçdikdə mütləq onun tərkibi və markasına diqqət yetirin. Qeyri təbii parlaq rəngli məhsulların tərkibində boyaq maddəsi var deməkdir. Məhz bu səbəbdən, çalışın uşaqlara bu kimi məhsulları verməyin.

.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 07:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see339

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see326

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see311

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see305

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see282

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see269

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see264

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see246

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see236

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see227

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see227

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see224

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see216

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see211

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see211

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see209

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see208

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see201

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see186

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri