Icma.az
close
up
RU
Boy uzadan qida əlavələri Faydadan çox ziyanı var

Boy uzadan qida əlavələri Faydadan çox ziyanı var

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

İllər keçdikcə, yeni doğulan uşaqlarda boy daha da qısalmağa doğru gedir. Bəziləri bunu genetika ilə, bəziləri isə qidalanmayla əlaqələndirir. Hətta bir çox valideynlər özlərinin boyu uzun olmasına baxmayaraq, uşağının hündür boylu olması üçün müəyyən bitki tərkibli dərman pereparatları istifadə edir.

Bəs görəsən, boy artımı yalnız genetik faktorlarla əlaqəlidir? Qida əlavələrinin istifadəsi tövsiyə olunurmu?

Həkim-pediatr Şəlalə Poluxova Lent.az-a açıqlamasında bildirib ki, uşaqların boyunun uzunluğunda genetik faktorlar əsas rol oynayır:

“Valideynlərin hündürlüyü uşağın potensial genetik hədəf boyunu təyin edən önəmli faktordur. Lakin boyun uzunluq və qısalığında tək səbəbin genetika olduğunu iddia edə bilmərik. Hormonal balans, düzgün qidalanma, ətraf-mühit amilləri, keçirilmiş müxtəlif xəstəliklər də boy artımına təsir edir.

Düzgün qidalanma boyun uzanmasına dəstək olur. Sağlam uşağın gündəlik qidalanma rasionunda yetərli miqdarda zülal - süd və ət məhsulları, balıq, yumurta, paxlalı bitkilər olmalıdır. Həmçinin kalsium, vitamin D və sink kimi mineralların boy artımında çox böyük rolu var.

Qısa boylu uşaqlar üzərində aparılan araşdırmalara görə, sink əlavəsinin boyu uzatdığı bildirilir. Lakin bu, o halda təsirli ola bilər ki, qanda ciddi defisit olsun və həmin qida əlavəsi çatışmayan mineralı kompensasiya etsin”.

Pediatr boy uzatdığı söylənən qida əlavələrini tövsiyə etmədiyini vurğulayıb:

“Tez-tez reklam olunan, sürətlə boy uzatdığı iddia olunan qida əlavələri, bitki qarışımlarına dair etibarlı, yetərli elmi sübutlar olmadığından onları tibbi olaraq tövsiyə etmirik. Əksinə, tərkibində mənşəyi naməlum olan bitkilərin yer aldığı dərmanların qəbulu allergik reaksiyalara səbəb ola bilər. Ona görə də etibarlı tibbi sübut olmadığı müddətdə bu kimi dərmanların istifadəsini qətiyyən tövsiyə etmirik.

Yalnız uşağın qanında konkret hansısa çatışmazlıq varsa, məsələn o, D vitamini defisiti yaşayırsa, həkim tərəfindən, müəyyən dozada, nəzarət altında qida əlavələri qəbul edilə bilər.

Təəssüf ki, bir çox hallarda genetik potensialı aşmaq mümkün deyil. Sadaladığımız qida əlavələri, minerallar hansısa defisiti əvəz edir. Lakin boy artımında təkcə qidalanma yox, fiziki aktivlik, həyat tərzi də önəmli rol oynayır”.

Ş.Poluxova boyun uzandığı iki yaş dövrünü qeyd edib:

“Doğumdan etibarən uşağın qidalanmasına fikir vermək lazımdır. Xüsusən ilk 2 il çox kritik dövr hesab olunur. 2 yaşına qədər uşağın qidalanmasında maksimum təbii tərkibli məhsullardan istifadə etmək lazımdır. Çünki bu dövrdəki hansısa bir çatışmazlıq təkcə boy artımına yox, nevroloji sistemə də böyük fəsadlar vura bilir.

Yeniyetməlik dövründə uşaqlarda boy artımı sürətlə gedir. Həmin yaş dövründə həm qidalanmaya, həm də fiziki aktivlikliyə diqqət edilməlidir. Boy artımında doğumdan sonrakı 2 il və yeniyetməlik dövrü boy artımı üçün kritik dönəmdir.

Həkimlər uşağın boy və çəkisini persentil cədvəlinə əsasən izləyə bilirlər. Əgər boy xəttində və ya çəkidə geriləmə varsa, həkim məsləhətinə əsasən, cinsi yetkinlik dövrünə çatmadan həkim-endokrinoloqla konsultasiya aparılmalı və ehtiyac yarandığı halda müdaxilə edilməlidir. Cinsi inkişaf başladıqdan, böyümə nöqtələri bağlandıqdan sonra təəssüf ki, boy üçün edilən müdaxilələr faydalı olmur. Ona görə də tövsiyə edirik ki, uşaqlar ildə ən az 1-2 dəfə həkim müayinəsində olsunlar”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:336
embedMənbə:https://lent.az
archiveBu xəbər 12 Fevral 2026 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri