Icma.az
close
up
RU
Qida temperaturu sağlamlığa necə təsir edir? Həzm üçün qızıl qayda

Qida temperaturu sağlamlığa necə təsir edir? Həzm üçün qızıl qayda

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yeməyin tərkibi qədər onun temperaturu da önəmlidir. Belə ki, yeməyin çox isti və ya çox soyuq olması həzm prosesində problemlər yarada bilər.

Bəs, qəbul edilən qidalar hansı temperaturda sağlamlıq üçün daha uyğundur?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən dietoloq Rəna Həsənova bildirib ki, yemək temperaturu sağlamlıq üçün böyük əhəmiyyət daşıyır.

R.Həsənova qeyd edib ki, tibbi və dietoloji mənbələrə görə ən ideal yemək temperaturu 40–60°C arasıdır. Müsahibimiz əlavə edib ki, bundan aşağı olduqda yemək çox soyuq sayılır, bundan yuxarıda isə ağız, udlaq və mədə üçün risk yarada bilər.

Dietoloq deyir ki, xüsusən 65°C-dən yuxarı temperatur mədənin və qida borusunun selikli qişasını zədələyə, mikroyanıqlara səbəb ola bilər:

“Davamlı şəkildə çox isti çay və yemək qəbul edən insanlarda qida borusu xərçəngi riskinin artdığına dair elmi araşdırmalar var”.

Onun sözlərinə görə, uşaqların ağız və mədə qişası daha həssas olduğundan yeməklərin 35-40°C civarında, yəni ilıq olması məsləhətdir.

Yaşlılarda isə selikli qişanın daha nazik olduğunu, həmçinin diş və udma problemləri müşahidə olunduğunu deyən mütəxəssis çox isti yeməyin qıcıqlandırıcı təsir göstərə biləcəyini vurğulayıb:

“Bu səbəbdən 35–45°C arası daha təhlükəsiz hesab edilir”.

R.Həsənova nəzərə çatdırıb ki, çox isti yemək həzmi sürətləndirmir, əksinə qıcıq və zədələnmə yarada bilər.

Dietoloq bildirib ki, çox soyuq yemək və içki isə mədədə damarların yığılmasına, həzm fermentlərinin fəaliyyətinin zəifləməsinə səbəb olur və həzmi ləngidir:

“Ən balanslı seçim isə ilıq yeməkdir. Bu, həm həzm fermentləri üçün optimal şərait yaradır, həm də mədəyə yük olmur. Ən sağlam seçim nə çox isti, nə də çox soyuq, 40–50°C temperaturda ilıq yeməkdir”.

Bundan başqa, həmsöhbətimizin dediyinə görə, xüsusi termometr olmadan da yeməyin təhlükəsiz istiliyini təyin etmək mümkündür:

“Dodaq testi zamanı qaşıqla bir az yemək götürülərək dodağın iç tərəfinə toxundurulur. Əgər dodağa toxunan kimi yandırırsa, deməli temperatur 55–60°C-dən yuxarıdır. Ən təhlükəsiz istilik odur ki, dodaqda isti hiss olunur, amma yanma yaratmır. Dil testi zamanı kiçik bir loxma alınır, əgər dil üzərində yanma və ya ağrı hissi yaranırsa, deməli temperatur hələ çox yüksəkdir. İdeal halda yemək rahat udulmalı, ağızda yanma yaratmamalıdır”.

Ekspert mayelərdə barmaq üsulundan istifadə etməyin mümkünlüyündən danışıb:

“Çayı, şorbanı və ya südü yoxlamaq üçün barmağın ucu qaşığa salınır. Əgər barmaq dərhal geri çəkilmək istəyirsə, bu, təxminən 60°C və yuxarı temperatur deməkdir. İlıq hiss edilirsə və barmaq bir neçə saniyə qala bilirsə, deməli uyğun temperaturdadır. Uşaqlar üçün əlavə tədbir olaraq qaşıqdakı az miqdarda yemək dodağa və ya biləyin iç tərəfinə qoyula bilər. Bilək dərisi həssas olduğundan əgər orada rahatdırsa, deməli uşaq üçün də təhlükəsizdir”.

Dietoloq qaynar yeməyi dərhal yox, 5-10 dəqiqə gözlədikdən sonra yeməyi tövsiyə edib. Həmçinin soyuducudan çıxan yeməkləri çox soyuq halda qəbul etməyi məsləhət görmür. R.Həsənova qeyd edib ki, bir qədər isidib ilıq hala gətirmək həzmi asanlaşdırır.

Rəna Həsənova: Xüsusi termometr olmadan da yeməyin təhlükəsiz istiliyini təyin etmək mümkündür

Onun sözlərinə görə, həzm sistemini rahat saxlamaq üçün bəzi qızıl qaydalar var:

“Yeməyi sakitliklə və asta-asta yemək lazımdır. Yaxşı çeynəmək mədəyə olan yükü azaldır. Tez yemək udulmamış böyük loxmalar və qaz problemlərinə səbəb ola bilər. Yemək zamanı çox maye içmək də düzgün deyil. Az miqdarda içmək olar, amma çox su və ya çay mədə turşusunu seyrəldərək həzmi ləngidə bilər. Ən yaxşısı yeməkdən 30 dəqiqə əvvəl və 1 saat sonra maye qəbul etməkdir. Gecə ağır yeməkdən çəkinmək lazımdır. Yuxudan əvvəl çox yemək mədə turşusunu artırır, reflüks və yuxu pozuntusu yarada bilər. Axşam yeməyi yüngül olmalı və yatmazdan ən azı 2–3 saat əvvəl qəbul edilməlidir. Yeməkləri ilıq halda yemək daha məqsədəuyğundur. Çox isti və çox soyuq yeməklər mədəni qıcıqlandıra bilər. Ən ideal temperatur 40–50°C arasıdır. Yeməkdən sonra bir qədər hərəkət etmək də faydalıdır. Uzandıqda həzm çətinləşir, amma 10–15 dəqiqəlik yüngül gəzinti həzmi yaxşılaşdırır”.

R.Həsənova diqqətə çatdırıb ki, stressin azaldılması da həzm üçün mühüm amildir. O izah edib ki, stress mədədə turşuluğu artırır və qıcıqlanma yarada bilər.

Müsahibimiz həzm üçün ən faydalı qidalardan danışan mütəxəssis burada tərəvəzlərin mühüm yer tutduğunu söyləyib. Dietoloq əlavə edib ki, brokoli, kələm, ispanaq və yerkökü liflə zəngindir və bağırsaqları aktiv saxlayır. Xiyar və balqabaq isə həm lif, həm də su ilə zəngindir, mədəni rahatladır.

Meyvələrdən isə alma və armud pektin adlı lif sayəsində həzmi yüngülləşdirir, banan mədəni qoruyur, turşuluğu azaldır. Papaya və ananas isə tərkibindəki papain və bromelain vasitəsilə zülal həzmini asanlaşdırır.

Ekspert taxıllar və dənlilərin də əhəmiyyətli olduğunu vurğulayıb. Dediyinə görə, tam taxıl çörəyi, yulaf, qara düyü və qarabaşaq liflə zəngindir və qəbizliyin qarşısını alır. Noxud, mərci və lobya isə bitki zülalı və lifin yaxşı mənbəyidir, amma çox qəbul edildikdə qaz yarada bilər.

Dediyinə görə, süd məhsulları, xüsusən kefir və qatıq probiotiklərlə zəngindir və bağırsaq mikroflorasını gücləndirir. Laktoza problemi olmayan insanlar üçün az yağlı süd də faydalı ola bilər.

Həmsöhbətimiz həmçinin zeytun yağının mədəni qoruduğunu və öd ifrazını yaxşılaşdırdığını, çia və kətan toxumlarının isə Omeqa-3 və liflə zəngin olduğunu, bağırsaqları yumşaltdığını söyləyib.

R.Həsənova vurğulayıb ki, mayelərdən ən faydalısı isə sadə sudur. Həzm prosesinin ən vacib dəstəkçisidir. İlıq bitki çayları, məsələn nanə, zəncəfil və razyana mədəni sakitləşdirir və qazı azaldır:

“Çəkiniləcək qidalar da var. Çox yağlı yeməklər, qazlı içkilər, həddindən artıq acı ədviyyatlar, çox şirin desertlər və çox qəhvə mədəyə əlavə yük yaradır”.

Mina Mikayılova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 05 Sentyabr 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see321

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see257

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see247

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see201

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see199

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see199

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see187

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see160

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see138

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see134

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see134

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see124

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see123

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri